“Türkiyəylə Rusiya arasında bütün sahələrdə, bütün spektrlərdə münasibətlərin, əlaqələrin daha normal və daha isti olmaqsında maraqlıyıq və heç kim üçün də sirr deyil ki, zaman-zaman bu prosesə də töhfələrimizi vermişik”-MİLLƏT VƏKİLİ

Rusiya-Türkiyə, Türkiyə-Rusiya münasibətlərində, qarşlıqlı əlaqələrində son bir neçə il ərzində müsbətə doğru böyük məsafə qət edilib. Bunlar hamısı gözümüz qarşısında yaşanan hadisələrdir, heç kim bunu inkar və ya təkzib edə bilməz. Hamısı reallıqdır. Düzdür, bəzən bir sıra məsələlərlə bağlı fikir ayrılıqları, hətta gərginliklər baş versə də, müşahidə olunsa da, tez bir zamanda da münasibətlər normal məcrasına döndərilib, gərginliklər, xoşagəlməzliklər aradan qaldırılıb. Bu məsələdə də hər iki ölkənin realist və prqamatik dövlət başçılarının-cənab Rəcəb Tayyib Ərdoğanın və cənab Vladimir Putinin xüsusi və müstəsna rolu olub və var. Məhz onların praqmatik, gerçəkçi bir lider, dövlət adamı olması iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafına gətirib çıxarıb. Bunun özü də olduqca vacib və müsbət haldır.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edib ki, çünki hər ikisi də nəhəng, dünyada rəyi, fikri, mövqeyi ilə hesablaşılan ölkələr, dövlətlərdir. Onlar arasında münasibətlər nə qədər normal, sakit, rəvan olarsa, həm özləri-xalqları və dövlətləri, həm bölgə, region dövlətləri, həm də bütövlükdə dünya qazanmış olar və qazanır.

“Hər iki ölkə ilə xüsusi münasibətləri olan bir dövlət kimi də, Türkiyəylə Rusiya arasında bütün sahələrdə, bütün spektrlərdə münasibətlərin, əməkdaşlıqların, əlaqələrin daha normal və daha isti olmaqsında maraqlıyıq və heç kim üçün də sirr deyil ki, zaman-zaman bu prosesə də töhfələrimizi vermişik və veririk. Bu baxımdan, Rusiya-Türkiyə, Türkiyə-Rusiya münasibətlərində, əlaqələrində siyasi amillər, siyasi faktorlar daha çox öndədir, onun çəkisi daha artıqdır. Yəni, iqtisadi əlaqələrin, əməkdaşlıqların kökündə də məhz siyasi faktorlar, siyasi amillər və siyasi maraqlar dayanır, daha çox ağırlıq təşkil edir. Bu gün Rusiyada böyük türk şirkətləri, iş adamları fəaliyyət göstərir, xüsusilə də, tikinti sektorunda. Demək olar ki, Türk, Türkiyə şirkətləri bu məsələdə xüsusi paya və çəkiyə malikdir.

Eyni zamanda, dünya turizmində özünəməxsus yeri olan qardaş Türkiyənin turizm sektorunun inkişafına Rusiyanın, rusların, Rusiya vətəndaşlarının qatıqları daha çoxdur və daha böyükdür. Türkiyəyə səfər edən turistlərin önəmli hissəsini məhz ruslar, Rusiya vətəndaşları təşkil edir. Eyni zamanda, qardaş Türkiyə elekrtik santrallarının (stansiyalarının) tikintisində Rusiya önəmli çəkiyə malikdir. Bu baxımdan, kənd təsərrüfatı sahəsində, sektorunda da baş verən inkişafda, Türkiyə məhsullarına tələbatın artması, Türkiyə məhsullarına daha çox önəm verilməsində də qeyri-adilik, gözlənilməzlik yoxdur. Bunlar gözlənilən hallardır. Bunlar bir-biri ilə üzvi surətdə bağlı olan məsələlərdir və qeyd etdiyim kimi, bütün məsələlərin, qarşlıqlı əlaqələrin, əmkdaşlıqların kökündə hər ölkənin liderinin siyasi iradəsi, siyasi qərarları, siyasi maraqları dayanır.

Odur ki, bu inkişaf, münasibətlərin bütün sahələrdə rəvan, məcrasında olması həm iki ölkənin maraqlarına xidmət edir, maraqlarına cavab verir, həm də hər an gərginliklər yaşayan region, bölgə ölkələrinin maraqlarının təmin olunmasına, sülh və təhlükəsizliyin daha da bərqərar olmasına, daha da oturuşmasına gətirib çıxarır. Bir sözlə, iki dövlət arasında həm siyasi, həm istisadi (o cümlədən, kənd təsərrüfatı sektorunda) münasibətlərin yüksələn xətlə inkişafı müsbət və təqdirolunandır. Bunu şəxsən alqışlayır və təqdir edirik”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Şəhid Adəm Əliyevin anası Akifə Ağayeva Kürdəmirdəki “GƏNC HEYDƏRÇİLƏR PARKI” İLƏ BAĞLI MEHRİBAN ƏLİYEVA VƏ LEYLA ƏLİYEVAYA MÜRACİƏT ÜNVANLADI… – FOTOLAR

Read Next

Millət vəkili yenidən seçicilərinin arasında-BİR GÜNDƏ 4 KƏNDDƏ GÖRÜŞ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir