Türkmənistanda prezident seçkiləri keçirilir

Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir.

Etikxeber.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq.

Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) saat 09.00-a seçici fəallığının 25,5 faiz olduğunu açıqlayıb.

Səsvermədə seçicilərin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək. Prezident postu uğrunda hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, 8 namizəd mübarizə aparır.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub

Read Next

Gəncədə mağazada baş verən yanğın nəticəsində bir nəfər ölüb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir