Türkyənin YAP-ı və ya Azərbaycanda ikinci hakim partiya yaranacaqmı? – MÖVQE

Türkiyədə yeni partiya yaranması çox ciddi hadisədir, səbəbi müxtəlif ola bilər, amma əsas odur ki, AKP 16 illik iqtidarın yorğunluğunu yaşayır, partiyadaxili müzakirələr son 5-6 ildə tamamən bitdi, Tək Adam rejimi əvvəl partiya daxilində, sonra bütün ölkədə bərqərar oldu. Maraqlı olan məsələ həm də odur ki, yeni partiyanın elektoral bazası AKP və MHP-dir, onlardan ilk seçkilərdəcə cəmi 5-6% qoparsalar belə indiki iqtidar gedəcək. 

Etikxeber.az xəbər verir ki, bunu tanınmış ekspert Natiq Cəfərli  Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu ilə sabiq prezident Abdullah Gülün qatı tərəfdarı olan – sabiq vitse-premyer Əli Babacanın Yaşam və Adalet Partiyasını (YAP) təsis etməsinə və digər məqamlara münasibətini bildirərkən dilə gətirib.

“Amma şəxsən mənə zövq verən odur ki, qardaş Türkiyədə bizdən fərqli olaraq siyasi mübarizə ideolojidir, dəyərlər və tezislər üzərində sol-sağ-mərkəz-liberal-mühafizəkar-millətçilik kontekstdə gedir. Bizdə isə siyasi müstəvi ideoloji deyil, hakim partitanın ideoloji platforması, cəlbediciliyi yoxdur, müxalifətdə də bütün mübahisələr son 25 ildə şəxsi münasibətlər çərçivəsindən kənara çlxmayıb”-deyən N. Cəfərlinin sözlərinə görə, nəticə olaraq da siyasiləşməmiş, ideoloji müxtəlifliyi olmayan cəmiyyət formalaşıb, belə cəmiyyətdə siyasət aparmaq çox çətindir və bu məmləkət üçün də təhlükəlidir. Çünki cəmiyyət ideoloji seçici kimi deyil də, futbol azarkeşi kimi düşünür.

yap-1-1

yap_logo_260615

sual-735x400

“Mən bir neşə dəfə bunu publik demişəm, bir də deyim – məmləkətdə siyasi mübarizənin sivilləşməsi üçün hakimiyyət normal, ideoloji təməli, hekayəsi, tezisləri olan ikinci hakim partiya yaratmalıdır, çünki YAP heç vaxt siyasi-ideoloji partiya olmayıb, bu gün də artıq tamamən cəmiyyətin gözündən düşüb.İkinci hakim partiya yaranıb normal ideoloji hekayə qursa, bu bütün siyasi münasibətləri sağlamlaşdıracaq, iqtidar-müxalifət diskursu tezislər, proqramlar, ideoloji platformalar üzərində qurulacaq.

Bu zaman müstəqillikdən üzü bəri (həm iqdidarda, həm müxalifətdə) şəxslər üzərində qurulmuş siyasi paradiqma dağılacaq. Ardınca proparsional srçki sistemi bərqərar olunmalı, ölkədə Parlament Respublikasına keçid üçün sürəc başlamalıdır. Məmləkətdə siyasi mübarizə ideoloji müstəviyə keçsə, bu gün siyasətdə gördüyünüz insanların 90%-i səhnədən itəcək, siyasətdə keyfiyyət dəyişikliyi baş verəcək…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Azəriqaz” buna görə qeyri-iş günlərində də xidmət göstərəcək…

Read Next

YENİ “PƏNCƏ 3” ƏMƏLİYYATI NƏYƏ HESABLANIB? – Politoloqun baxışı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir