“Turqutla sentyabrın 27-də, səhər saat 09:27-də danışdım…Həmin vaxt oğlum sən demə, ağır yaralanıbmış və…”- BƏRDƏNİN İLK İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TURQUT ZEYNALOVUN ANASI ZÜBEYDƏ XANIM – FOTOLAR

Bu gün tarixi, müqəddəs Qələbə və Zəfərə aparan İkinci Vətən Müharibəsinin başlamasının bir ili, ölkədə 27 sentyabr Anım Günüdür…

Bir il öncə düşmən Ermənistanın növbəti qanlı təxribatına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusuna, Silahlı Qüvvələrə “Vur, döyüş!” əmri verildi, 27 sentyabr tarixində əks-həmlə əməliyyatına, İkinci Vətən Müharibəsinə başlandı…

İkinci Vətən Müharibəsinin ilk Şəhidlərindən, Qələbə və Zəfərimizə öz qanı ilə imza atan Vətən sevdalılarından biri Bərdəli-MAXE Turqut Zeynalovdur…

Odur ki, dünən, 26 sentyabr tarixində Goranboylu Qazilərimiz iki medallı Fuad Həsənov, 3 medallı Nail Mirzəyev və Bərdəli Şəhid Fəxri Qəribzadənin anası Mehparə xanımla birlikdə Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi-MAXE Turqut Fikrət oğlu Zeynalovun ailəsini ziyarət etdik…

Qeyd edim ki, Turqutgil ailədə 4 övlad- iki bacı, iki qardaş olublar…

Turqut özü isə evin-ailənin böyük övladı olub…

Və elə müharibənin ilk günündə, ilk saatlarında, 27-si günortaya yaxın qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Anası Zübeydə xanımın dediklərindən:

“Turqutla müharibənin elə ilk günündə, səhər tezdən, 09:27-də danışdım…Hələ də telefonumda qalır və danışığımız da cəmi 48 saniyə çəkdi…Sən demə, həmin vaxt artıq Turqut ağır yaralı olub, amma təlaşlanmamaq, narahat olmamaq üçün mənə heç nə demədi, sadəcə, onu dedi ki, ana, hər şey yaxdır, irəliyə doğru gedirik…Sonra 12:00-da yenidən zəng etdim…Amma telefonuna zəng çatmadı…Fasilələrlə yenə zəng vurdum, amma yenə zəng çatmadı…

Saat 2-yə işləmiş olardı, namaz qılırdım, birdən məni nəsə bir darıxma tutdu…Özümü çox narahat hiss etməyə başladım…Bu da təsadüf deyilmiş, sən demə, həmin vaxt oğlum Şəhid olubmuş (Gözləri dolur)…Bunu sonra bizə döyüş yoldaşları dedi…Biz Turqutun Şəhidliyindən ancaq 28-i günü səhər tezdən xəbər tutduq, bir də gördük ki, oğlumuzun nəşi tabutda qapımıza gətirildi…Və elə həmin Şəhidlər Xiyabanında dəfn olundu…” .

Sonra Şəhidimizin atası Fikrət kişi ilə sohbətləşirik…

Ona, ailəsinə bir daha səbr, dözüm diləyirik…

Fikrət kişi oğlu, övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirir…

Qeyd edir ki, Turqut kimi İgid oğlun atası, valideyni olmaqdan Şərəf duyur, İftixar hissi keçirir…

Və qeyd etdiyim kimi bu gün Turqut Zeynalovun Şəhidliyinin biri ili tamam olur…

Nur üzlü, İgid, Qəhrəman Turqut Zeynalovun məzarı behiştlik olsun, Nur içində yatsın!

Allah Nur üzlü ailəsinə, əzizlərinə səbr, dözüm versin!

Xatirəsi daim qəlblərdə, qəlbimizdədir!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

26 sentyabr 2021, Goranboy-Bərdə-Goranboy

Etikxeber.az

Read Previous

“Bu gün Azərbaycan Qalib dövlət kimi yaşayır…Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq…”-İlham Əliyevin-XALQA MÜRACİƏTİ – YENİLƏNİB – (3)

Read Next

“Ali Baş Komandanımızın Azərbaycan xalqına son müraciətində də deyildiyi kimi, müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”-ELDAR İBRAHİMOVUN YAZISI – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir