“TV-lərdə, sosial şəbəkələrdə insanın-insana qarşı söyüş, təhqir, aşağılama, həddi və sərhəddi keçməsi kimi xüsusiyyətini nə anlayır, nə də qəbul edirəm…”-TANINMIŞ HÜQUQ MÜDAFİƏÇİSİ

Mən hələ də insanın-insana qarşı söyüş, təhqir, aşağılama, həddi və sərhəddi keçməsi kimi xüsusiyyətini nə anlayıram, nə də qəbul edirəm. Ələxüsus da bunun ictimailəşdirilərək toplum qarşısında baş verməsini. Ələxüsus da müəyyən sosial statusu olan şəxslərin.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış hüquq müdafiəçisi Mehriban Zeynalova qeyd edib.

Vurğulayıb ki, nə baş verdiyini anlaya bilmir.

“Bir çoxu bunu özünümüdafiə xətti kimi təqdim edir, digəri reytinq kimi. Lakin bir fakt danılmazdır ki, bundan zərər çəkən böyük bir toplum var. TV-lərdə maraqlı, maarifləndirici verilişlər əvəzinə, kimlərinsə küsməsi, barışması, qeybəti, təhqir və aşağılaması…. TV-lərdə baş verənlərin üstəlik sosial şəbəkələrdə təkrar yayımlanması… Mən anlayıram ki, cəzalar davranış pozuntusu olan şəxslərin öz davranışına nəzarət üçün yaxşı üsuldur. Lakin əgər, bu, gecikmirsə…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Hava dəyişkən buludlu olacaq, bəzi yerlərdə yağış və qar yağacaq-SABAH

Read Next

Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi-QEYD OLUNUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir