U-23 millimiz IV İslam Həmrəyliyi Oyunlarına Bakıda hazırlaşacaq

Martın 6-dan 9-dək Bakıda 21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının təlim-məşq toplanışı keçiriləcək.

Etikxeber.az AFFA-ya istinadla xəbər verir ki, U-21 yığmasının heyətinə Fəhmin Muradbəyli, Sənan Əlizadə, Aqşin Qurbanlı (hər üçü “Neftçi”), Eltun Turabov, İlyas Səfərzadə, Kamran Nəsirov (hər üçü “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Xəyal Nəcəfov, Yusif Nəbiyev (hamısı “Sumqayıt”), Murad Popov, Qismət Alıyev, Roman Hüseynov (hər üçü “Qəbələ”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Hüseynov, Əlibəy Məmmədli (hamısı “İnter”), Rəsul Babazadə (“Şərurspor”), İlkin Sadıqov (“Turan Tovuz”), Aydın Bayramov və Mirkamil Əliyev (hər ikisi MOİK) dəvət olunublar.

U-23-ə isə Tərlan Əhmədli, Azər Salahlı, Kamran Abdullazadə, Nicat Muxtarov, Mirabdulla Abbasov (hamısı “Sumqayıt”), Məqsəd İsayev, Maksim Vaylo (hər ikisi “Neftçi”), Sadiq Quliyev, Vüqar Mustafayev, Adil Nağıyev (hər üçü “Zirə”), Tural Hümbətov, Kamal Mirzəyev (hər ikisi AZAL), Elşən Abdullayev (“Qarabağ”) və Orxan Əliyev (“Kəpəz”) çağırılıblar.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təmsil edəcək.

Etikxeber.az

Read Previous

Əliyev Gənclər Fondunun Müşahidə Şurasının üzvlərini təyin etdi – SİYAHI

Read Next

Mehriban Əliyevanın birinci vitse-prezidenti təyin olunması münasibətilə təbriklər gəlməkdə davam edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir