Ü.Hacıbəyli və Z.Əliyeva küçələrində hərəkət məhdudlaşdırılacaq – BU GÜN

Mayın 26-sı axşam saat 22:00-dan səhər saatlarınadək paytaxtın Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu barədə Etikxeber.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bundan başqa, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə mayın 26-sı səhər saat 10:00-dan axşam saatlarınadək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 74-320-ci kilometrində (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bu üzdən yolda hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrdə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Etikxeber.az

Read Previous

İlk jurnalist-publisistəm ki, Xalq yazıçısı fəxri adını almışam – ELMİRA AXUNDOVA – FOTOLAR

Read Next

AXCP-yə “çirkli pullar” ittihamı – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir