Üç aviareys təxirə salındı

Bir neçə xarici ölkədən Azərbaycana yerinə yetirilməli olan aviareyslər təxirə salınıb.

Etikxeber.az xəbər verir ki, “ATA Airlines” aviaşirkəti tərəfindən saat 00:30-da yerinə yetirilməli olan Təbriz-Bakı aviareysi təxirə salınıb.

Bununla yanaşı, İstanbulun “Atatürk” hava limanından Bakıya yerinə yetirilməli olan aviareys də təxirə salınanlar arasındadır. Aviareys “Türk Hava Yolları” (THY) aviaşirkəti tərəfindən saat 01:50-də yerinə yetirilməli idi.

“FlyDubai” aviaşirkəti isə saat 00:42-də yerinə yetirilməli olan Dubai-Bakı aviareysini təxirə salıb.

İstanbul-Bakı aviareysinin təxirə salınmasına səbəb Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraitidir. Digər aviareyslərin təxirə salınmasının səbəbi bəlli deyil.

Etikxeber.az

Read Previous

İsrail Prezidenti Gürcüstana gəldi

Read Next

Qanunsuz ov etməyə cəhd edən 16 əcnəbi saxlanılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir