Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidi Bilal Xanlar oğlu Qənbərovun Anım Günüdür.
Bilal Qənbərovun bu gün-4 noyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il keçir.
Etikxeber.az xəbər verir ki, əslən Gürcüstanlı olan Bilal Qənbərov 1993-cü ilin 29 sentyabr tarixində ziyalı ailəsində dünyaya gəlib.
Ailəsi ilə birlikdə Bakının Səbail rayonunun “20-ci sahə” adlanan ərazisində yaşayıblar.
Ailənin 4 övladından biri, evin tək oğlu, 3 bacının tək qardaşı idi.
Orta təhsilini 2000-2011-ci illlərdə alıb.
2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarın 5-də Vətənə xidmət borcunu yerinə yetirərək, təxris olunub, evinə dönüb.
Əsgərlikdən sonra müxtəlif sahələrdə çalışıb.
O da, bacıları da ailəli olub.
Bilal Qənbərov 2020-ci il sentyabrın 29-da, 27 yaşının tamamında, növbəti doğum günündə İkinci Qarabağ Savaşına, döyüşlərə qoşulmaq üçün yola düşüb.
Şərəfli döyüş yolu 33 gün çəkib.
Şuşa uğrunda döyüşlərdən birində, noyabrın 3-də qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.
Nəşi Bakıya gətirilərək, 4 noyabr tarixində Badamdar qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilib.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bilal Qənbərovun həm də Nazlı adlı qızı Vətənə əmanət qalıb.
Eyni zamanda, bacılarından birinin övladı Onun adını daşıyır.
11:55
***
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Badamdar qəbiristanlığında yerləşən Şəhidlər məzarlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Çıxışlar edilib, Şəhidin Vətən naminə fədakarlığından, İgidliyi və Qəhrəmanlığından söz açılıb.
Ailəsinə, valideynlərinə-anası Gültəkin xanıma və atası Xanlar Qənbərova Allahdan səbr və dözüm arzulanıb.
“Borcalı” Cəmiyyətinin adından üzərində Bilal Qənbərovun şəkli əks olunmuş xalça hədiyyə olunub.
Şəhidin məzarını ziyarətdən sonra “20-ci sahə”də yerləşən “Xəzər” restoranında Anım məclisi düzənlənib, adına ehsan verilib.
Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha ruhuna dualar olunub.
Şəhidin anası Gültəkin xanım isə özü və ailəsi adından Şəhidinə dəyər verən hər bir kəsə minnətdarlığını bildirib, övladı İlə Fəxr etdiyini, Qürur duyduğunu bildirib.
Xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, ziyalılar, Badamdar bələdiyyəsinin sədri, müharibə veteranı, “Azərbaycan Bayrağı” ordenli Samir Məmmədov və adıçəkilən bələdiyyənin üzvləri, “Borcalı” Cəmiyyətinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.
14:30
***
FOTOLAR:


















***




***






Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





