Üç bacının tək qardaşı, ailənin tək və subay oğlu-19 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALAN VƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ OLAN AĞAŞİRİN BABAYEV…- FOTOLAR – YENİLƏNİB

Qəbələ rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ağaşirin Firuz oğlu Babayevin bu gün ad günüdür.

Ağaşirin Babayevin 22 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Ağaşirin Babayev 2001-ci ilin may ayının 16-da Qəbələ rayonunun Qəmərvan kəndində dünyaya gəlib.

Ailənin dörd övladından biri, üç bacının tək və subay qardaşı olub.

Orta məktəbi bitirdikdən sonra-2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərdə iştirak edib.

Uzun və şərəfli döyüş yolu keçən Ağaşirin Babayev noyabrın 3-də, 19 yaşında Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Ancaq nəşi 16 gündən sonra-noyabr ayının 19-da Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün ailə üzvləri, Qəbələli, Kürdəmirli və Tovuzlu (Bakılı) Şəhid ailələri tərəfindən Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edib.

Sonra Şəhidin ocağında Cənnətdəki üçüncü doğum günü ilə bağlı adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib, bir daha ailəsinə Allahdan səbr arzulanıb, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Eyni zamanda, Bərdə rayonundan olan Şəhid ailələri Cənnətdəki üçüncü doğum günü ilə bağlı Ağaşirin Babayevin ailəsini-ocağını ziyarət ediblər.

Bərdəli Şəhid anaları-Şəhid ailələri də Ağaşirin Babayevin ailəsinə səbr diləyib, “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-deyiblər.

Sonra xatirə fotoları çəkdirilib.

Məqamı Uca, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində uyusun!

15:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bayramovla Borel Ermənistanla normallaşma prosesini-MÜZAKİRƏ ETDİ -FOTO

Read Next

“Oğlumu anamın yanında dəfn etdim…Oğlumu anama tapşırdım…”-MAYIN 12-DƏ ŞƏHİDLİK MƏQAMINA UCALAN-AİLƏNİN TƏK, SUBAY VƏ ALİ TƏHSİLLİ OĞLU, QƏBƏLƏLİ MƏHƏMMƏD QARAYEVİN ATASI MAHİR QARAYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir