Üç bacının tək qardaşı, bir övladı Vətənə əmanət qalan-BİLAL QƏNBƏROVUN ANIM GÜNÜ – MƏZARININ İZDİHAMLI ZİYARƏTİ, İZDİHAMLI ANIM MƏRASİMİ – FOTO-VİDEO – YENİLƏNİB – (3)

Bu gün Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin 4 övladından biri, 3 bacının tək qardaşı, bir övladı Vətən əmanət qalan Bilal Xanlar oğlu Qənbərovun Anım Günüdür.

Bu gün, 4 noyabr tarixi Bilal Qənbərovun torpağa tapşırıldığı, Əbədiyyətə uğurlandığı gündür.

Onun Badamdar qəbiristanlığında dəfn edilməsindən bir il keçir.

Etikxeber.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Bilal Qənbərov 2020-ci il sentyabrın 29-da, 27 yaşının tamamında, növbəti doğum günündə İkinci Qarabağ Savaşına, döyüşlərə qoşulmaq üçün yola düşüb.

Döyüşüb, vuruşub və Şuşa uğrunda döyüşlərdən birində, noyabrın 3-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.

Nəşi Bakıya gətirilərək, Badamdar qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilib.

Şəhidliyindən sonra “Vətən uğrunda”“Cəsur döyüşçü”“Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Anım Günü ilə bağlı bu gün öncə-səhər saatlarında Bilal Qənbərovun məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, qohumları, yaxınları, Səbail rayonundan olan Şəhid ailələri, Şəhid anaları, din xadimləri, məktəblilər və digər şəxslər iştirak edəcəklər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı məhəllədə anım mərasim keçiriləcək, ehsan süfrəsi açılacaq.

Məkanı cənnətlik olsun!

Allah ailəsinə, əzizlərinə səbr versin!

00:00

***

Bu gün səhər saatlarında Badamdar qəbiristanlığında Şəhidin məzarının ziyarəti başlayıb.

İzdihamlı, yüzlərlə insanın qatıldığı ziyarət bir saatdan çox çəkib.

Ziyarətdə Şəhidin valideynləri-anası Gültəkin xanbım, atası Xanlar bəy, bacıları, yaxınları, qohumları, Səbaildən və Bakının digər rayonlarından olan Şəhid ailələri, Şəhid anaları, hərbçilər, Qazilər, məktəblilər, din xadimləri, Səbail rayon rəhbərliyi və başqa şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, çıxışlar edilib.

Çıxışlarda Bilal Qənbərov da daxil olmaqla, cəmi Şəhidlərin Fəxr və Qürur mənbəyi, baş tacı, and yeri olduğu bildirilib.

Qeyd edilib ki, tarixi Qələbə və Zəfərə görə, hər kəs Bilal Qənbərovlara, cəmi Şəhidlərə borcludur.

Bilal Qənbərovun məzarının ziyarətindən sonra isə yaşadığı evin həyətindəki Xatirə lövhəsi ziyarət olunub, sonra anım mərasimi başlayıb, Şəhidin adına ehsan süfrəsi açılıb.

11:40

***

FOTOLAR:

ŞƏHİDİN, BİLAL QƏNBƏROVUN BOYÜYÜB BOYA-BAŞA ÇATDIĞI EV, ATA OCAĞI…YOLUNU HƏLƏ DƏ HƏSRƏTLƏ GÖZLƏYƏN OCAQ…

ŞƏHİD ANASI…DİK DURUŞLU, QƏHRƏMAN ANA…GÜLTƏKİN ANA…

***

ŞƏHİDİN QƏHRƏMAN, QARDAŞ YOLUNU GÖZLƏYƏN BACILARI…

***

https://www.facebook.com/100005150613564/videos/174610508207175/

12:05

***

MƏZARININ ZİYARƏTİ… VƏ NUR ÜZLÜ ŞƏHİDLƏR…

ANALAR YANAR, AĞLAR…

***

ŞƏHİD ANALARI…DƏRD, QÜRUR ORTAQLARI…

ŞƏHİD ATALARI…QƏHRƏMAN ATALAR…

***

12:55

***

SƏBAİLLİ ŞƏHİD ANALARI…QƏHRƏMAN, CƏNNƏT ANALAR…

***

GƏLƏCƏYİMİZ OLAN MƏKTƏBLİLƏR…CƏLƏCƏYİN QƏHRƏMANLARI…

VƏ ANIM MƏRASİMİ…

13:11

***

QAZİLƏRİMİZ, İGİDLƏRİMİZ, QƏHRƏMANLARIMIZ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah hava durumu necə-OLACAQ?

Read Next

“Biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik…”-İLHAM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir