Üç gün sonra 36 yaşı tamam, Cənnətdəki dördüncü doğum günü olan-ŞƏHİD İLQAR MƏMİŞOVİN BU GÜN ANIM GÜNÜDÜR…

Şəhid İlqar Vaqif oğlu Məmişov Anım Günüdür.

Bu gün-4 fevral 2026-cı il tarixində İlqar Məmişovun Əbədiyyətə uğurlanmasından dörd il ötür.

Etikxeber.az xəbər verir ki, əslən Laçınlı olan İlqar Məmişov 1990-cı ilin fevral ayının 7-də Sumqayıt şəhərində dünyaya gəlib.

Sonra ailələri ilə Bakı şəhərinə, Nərimanov rayonuna köçüblər.

Ailənin dörd oğlan övladından biri olub.

Bakı şəhərində yerləşən 37 saylı tam orta məktəbdə təhsil alıb.

Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olunub və həmin ali məktəbi bitirib.

Müxtəlif sahələrdə-bankda çalışıb.

İkinci Vətən Müharibəsi zamanı-29 sentyabr 2020-ci il tarixində döyüşlərə qatılıb.

Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra-2020-ci ilin dekabrında Ordudan təxris olunub.

Ordudan təxris olunduqdan sonra səhhətində problemlər aşkarlanıb, uzun müddət onkoloji xəstəlikdən müalicə alıb.

Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

2022-ci ilin fevral ayının 4-də, 32 yaşının tamamına 3 gün qalmış dünyasını dəyişib, Şəhidlik məqamına ucalıb.

Nəşi Ceyranbatan qəbiristanlığında dəfn olunub.

Kiçik qardaşı Şahid Məmişov da İkinci Vətən Müharibəsinin iştirakçısı olub.

Müharibə veteranı və iki övlad atası olan qardaşı iki medalla təltif edilib.

Ancaq İlqar Məmişov özü isə nə Şəhidliyindən əvvəl, nə də Şəhidliyindən sonra hansısa medalla təltif edilib.

O, həm də ailəli olub.

Murad adlı bir övladı Vətənə əmanət qalıb.

Onu da qeyd edək ki, üç gün sonra-7 fevral 2026-cı il tarixində İlqar Məmişovun doğum günüdür.

Cənnətdəki dördüncü doğum günü olan İlqar Məmişovun 36 yaşı tamam olur.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə-XƏBƏRDARLIQ OLUNDU

Read Next

Əliyevlə Paşinyan Əbu-Dabidə-BİR ARAYA GƏLDİ VƏ.. – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir