Üç medal və bir ordenli, ailənin tək oğlu, iki övladı Vətənə əmanət qalan-ŞƏHİD ORXAN İSMAYILOVUN 33 YAŞI TAMAM OLUR, BU GÜN ONUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Bakının Səbail rayonunun (həm də Ucarın Məlikballı kəndinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki övladından biri, evin tək və ailəli oğlu Orxan Zöhrab oğlu İsmayılovun ad günüdür.

Orxan İsmayılovun bu gün 33 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Orxan İsmayılov 23 yanvar 1990-cı il tarixində Ucar rayonunun Məlikballı kəndində anadan olub.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu idi.

Sonra ailəsi ilə birlikdə Bakıya köçüb, Bakıda, Səbail rayonunda yaşayıb.

O, 1997-ci ildə Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı məktəbin 1-ci sinfinə gedib.

2006-cı ildə 9-cu sinfi bitirdikdən sonra, yəni, elə həmin ildə də Ucar rayonunun Məlikballı kənd tam orta məktəbində təhsilini (10-11-ci sinifləri) davam etdirib.

2008-ci ildə 11-ci sinfi bitirib, həmin ildə də hərbi xidmətə yollanıb.

Hərbi xidmətini Bərdə rayonundakı hərbi hissələrdən birində keçirib, tankcı vəzifəsində xidmətə başlayıb.

2010-cu ilin 2 yanvar tarixində isə ordu sıralarından ehtiyata buraxılıb və elə həmin ildən avtomobil servisində çilingər işləməyə başlayıb.

Cəmi bir il sonra, 21 yaşında, 2011-ci ilin noyabr ayının 15-də ailə həyatı qurub, iki övladı dünyaya gəlib.

ZöhrabAyxan adlı iki oğlu ailəsinə, Vətəninə əmanət qalıb.

2020-ci ilin 21 sentyabr tarixində isə səfərbərliyə cəlb olunub və cəmi 6 gündən sonra İkinci Qarabağ Müharibəsi ilə əlaqədar döyüşlərə yollanıb…

…Və oktyabr ayının 4-də Füzuli istiqamətində döyüşlərdə Vətən yolunda qəhrəmancasına həlak olaraq, Səhidlik zirvəsinə ucalıb.

Nəşi doğulub boya-başa çatdığı Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medal və ötən ilin noyabr ayının 5-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Şəhidliyinin bir ilinin tamamında isə ailəsinin hazırda yaşadığı evin yaxınlığında baralyefinin-Şəhid parkının açılış mərasimi keçirilib.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 33 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti-QINADI

Read Next

Sıxlıq olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir