Üç medal və bir ordenli, subay, tək övlad-ŞƏHİD ELMƏDDİN HÜSEYNZADƏNİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, anası tərəfindən təkbaşına böyüdülən tək övlad, MAXE, üç medal və bir ordenli, subay Elməddin Hüseynzadənin Cənnətdəki üçüncü ad günü, 25 yaşının tamam olması ilə bağlı bu gün axşam saatlarında Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Etikxeber.az-ın xəbərinə görə, yüzlərlə insanın qatıldığı izdihamlı ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələr düzülüb, ruhuna dualar oxunub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Hərbi orkestrin ifasında Dövlət himni səsləndirilib.

Ziyarət zamanı Şəhidin məzarı başında çıxışlar edilib, Şəhidin Cənnətdəki üçüncü doğum günü təbrik olunub, tək-tənha yaşayan anası Arzu Hüseynovaya Allahdan səbr və dözüm arzulanıb.

Sonra Cənnətdəki üçüncü ad günü ilə bağlı Şəhidin ocağında, Divanlıda-anasının yaşadığı evdə mərasim keçirilib, adına ehsan-iftar süfrəsi açılıb.

Mərasimdə bir daha Şəhidin ruhuna dualar edilib.

Məzarını ziyarətdə, həm də Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin anası, yaxınları, Bərdədən, Mingəçevirdən, Goranboydan, Gəncədən, Samuxdan, Bakıdan, Zərdabdan, Kürdəmirdən, Ağcabədidən, Qəbələdən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 25 yaşı mübarək olsun!

Nur içində uyusun!

20:00

***

FOTOLAR:

20:31

***

22:12

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir”-XİN

Read Next

Ermənistan tərəfi mövqelərimizi atəşə tutub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir