Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ucar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Allahverdi Məzahir oğlu Ələkbərovun doğum günüdür.
Allahverdi Ələkbərovun bu gün 36 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günüdür.
Etikxeber.az xəbər verir ki, Allahverdi Ələkbərov 1987-ci ilin fevral ayının 15-də Ucar rayonunda dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə gedib, həqiqi hərbi xidmətini başa vurduqdan sonra evinə dönüb, həyatını yenidən hərb, Ordu ilə bağlayıb və Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində “Gizirlik” kursunda oxuyub.
Gizir rütbəsini daşıyıb və Azərbaycan Ordusunda peşəkar hərbçi kimi fəaliyyətə başlayıb.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub və 2020-ci ilin oktyabr ayının 20-də Qubadlı istiqamətində qanlı döyüşlərdən birində ağır yaralanıb.
Axırıncı dəfə ailəsi, həyat yoldaşı ilə noyabr ayının 10-da yazışıb, mesajlaşıb.
Ancaq sonradan səhhəti pisləşib, həkimlərin müdaxiləsinə baxmayaraq, Onun həyatını qurtarmaq mümkün olmayıb və noyabr ayının 10-da, axşam saatlarında gözlərini Əbədiyyətə yumub.
Nəşi bir gün sonra, noyabrın 11-də Ucar rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, həm də ailəli olub.
2009-cu ildə Aydan adlı qızla evlə evlənib, üç övladı-Əlihüseyn, Məhəmməd və Fidan adlı övladları dünyaya gəlib.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 36 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU
Etikxeber.az




