Üç rəngli, ay-ulduzlu bayrağımız Tanrının bizlərə verdiyi ən böyük səadətdir, xöşbəxtlikdir – DEPUTAT

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim.

Vətəndən kənarda ölməz şairimiz Bəxtiyar Vahabzadənin bu misralarını xatırlamaq tamam başqa hisdir. Bu misralarda böyük hikmət, dərin yaşantı var və düşünürəm ki, zaman keçdikcə bayrağımıza həsr olunmuş bütün sənət nümunələrindəki duyğunu daha çox anlayacaq, dəyər verəcəyik.

Dünyada 5 minə yaxın xalq var ki, onun da yalnız 200-nün dövləti var. Deməli, dünya xalqlarının yalnız 200-ü öz yurduna hakimdir. Nə xoş ki, bu xalqların içərisində biz də varıq. Varlığımız və onu tərənnüm edən üç rəngli, ay-ulduzlu bayrağımız Tanrının bizlərə verdiyi ən böyük səadətdir, xöşbəxtlikdir.

Arzu edirəm ki, bu səadət və xöşbəxtlik hər bir Azərbaycan vətəndaşının, hər bir soydaşımızın ədəbi qürur və fəxarət mənbəyi olaraq qalsın! Milli mənlik və milli kimlik rəmzimiz olan bayrağımız daha uca zirvələrdə dalğalansın!

Dövlət Bayrağı Gününüz mübarək olsun!

Əflatun Amaşov,
Millət vəkili

Etikxeber.az

 

Read Previous

Qızıl kimdədirsə, qızıl qanun da ondadır! – ZAHİD ORUCUN yazısı

Read Next

Əliyev Trampı təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir