“Üç saat torpağın altında qaldım, amma…”-AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, EVİN TƏK OĞLU, İKİ ÖVLAD ATASI, QAYINI 2017-Cİ İL ŞƏHİDİ OLAN QUBALI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, QAZİ FƏRİD QUBATOV – FOTOLAR

Vətəni Qarabağlı, Vətəni Vətən edən, sağlamlığından keçən Vətən sevdalılarımızdan biri də Qubalı Fərid Qubatovdur…

İkinci Vətən Müharibəsi başlayandan sonra anasını, yoldaşını, iki övladını tək qoyub, onları Vətənə əmanət edib könüllü şəkildə Vətənin, Qarabağın müdafiəsinə yollanan Cəsur ürəkli Fərid Əkrəm oğlu…

Atasını illər öncə itirən, evin tək və ailəli, iki övlad atası oğlu Fərid balamız…

İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız, Qazimiz…

Qeyd edim ki, Fərid Əkrəm oğlu Qubatov 1992-ci ilin avqust ayının 8-də Quba rayonunda-sadə bir ailədə dünyaya gəlib…

Evin-ailənin iki övladından biri, tək bacının tək qardaşıdır…

Atası illər öncə dünyasını dəyişib…

Tək bacısı da hazırda ailəlidir…

Fərid orta məktəbi başa vurduqdan, həqiqi hərbi xidmətini bitirdikdən sonra müxtəlif sahələrdə çalışıb…

2014-cü ildə ailə həyatı qurub…

İki övladı-Çingiz adlı oğlu, Tamella adlı qızı dünyaya gəlib…

İkisi də hazırda orta məktəbdə oxuyur…

Fərid İkinci Vətən Müharibəsi başladıqdan bir neçə gün sonra rayon Hərbi Komissarlığına müraciət edib, könüllü şəkildə Vətənin müdafiəsinə atılmaq istədiyini bildirib…

Oktyabrın ilk ongünlüyündə Orduya cəlb olunub, döyüş bölgəsinə göndərilib…

Tərtər-Ağdərə-Talış-Suqovuşan istiqamətində qanlı döyüşlərdə iştirak edib…

Oktyabrın 18-də yanlarına minamyot düşməsi nəticəsində ağır kəllə-beyin travması alıb, nitqində, danışığında qüsur yaranıb (və nitqindəki qüsurlar hələ də davam etməkdədir), 3 saata yaxın torpağın altında qalıb…

Təkid, israr edilməsinə baxmayaraq, müalicə almaqdan imtina, döyüşlərdə iştiraka davam edib…

İkinci Vətən Müharibəsindən, tarixi Zəfərimizdən bir müddət sonra, 2020-ci ilin dekabrında Ordudan təxris olunub, evinə, ailəsinə dönüb…

“Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Müharibə veteranıdır…

Hazırda Quba rayonunda fəaliyyət göstərən “Aztelekom”da çalışır…

Fərid həm də Şabranlı 2017-ci il Şəhidi Füzuli Salahovun kiçik bacısının həyat yoldaşıdır…

***

28 aprel 2024-cü il tarixində Şabran rayonunun Gəndob kəndində-Cənnətdəki yeddinci doğum günü olan Füzuli Salahovla bağlı təşkil edilən məclisdə Qazimizlə tanışı oldum, bir araya gəldim…

Hal-əhvallaşdım, söhbətləşdim…

Ona Allahdan can sağlığı, ailəsinə xoşbəxtlik, səadət arzuladım…

Fərid kimi Vətən sevdalısı oğullarla hər daim Fəxr etdiyimizi və edəcəyimizi dilə gətirdim…

Bəli, Qələbəmizə, tarixi Zəfərimizə görə cəmi Şəhidlərimizə və Fərid kimi Vətən sevdalısı oğullara borcluyuq…

Məhz onların sayəsində bu torpağın üzərində şax, başıuca gəzə bilirik…

Allah cəmi Şəhidlərimizin məkanlarını cənnətlik etsin, Fərid də daxil olmaqla, cəmi Qazilərimizin köməyi olsun, şəfasını versin!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin altı övladından biri, peşəkar hərbçi, Baş gizir, iki övladı Vətənə əmanət qalan, Cənnətdəki yeddinci doğum günü, 46 yaşı tamam olan-ŞABRANLI 2017-Cİ İL ŞƏHİDİ FÜZULİ SALAHOV… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

İlham Əliyev Çin və Malayziya rəsmilərini-QƏBUL ETDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir