Ucarda anadan oldu, Bakıda yaşadı, Füzulidə Şəhid oldu…İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN İKİ MEDALLI ŞƏHİDİMİZ-ORXAN İSMAYILIOV… – FOTOLAR

İkinci Vətən Müharibəsinin hər bir iştirakçısı, Vətən sevdalısı oğulların hər biri Qəhrəmandır, hər biri Dastan yazan İgiddir…

Hər birinin tarixi Qələbə və Zəfərimizdə özünəməxsus yeri, rolu, payı, əməyi, zəhməti var…

Xüsusilə də, canlarını Vətən yolunda fəda edən Şəhidlərin, Şəhidlərimizin…

Hər birinə də minnətdarıq və bir ömür boyu borcluyuq, onlara olan borcumuz da heç zaman və heç zaman bitməyəcək, ödənməyəcək…

Vətən yolunda canını fəda edən edən Oğullardan biri də 30 yaşında Şəhidlik mərtəbəsinə, məqamına ucalmış İsmayılov Orxan Zöhrab oğludur…

Orxan 23.01.1990-cı il tarixində Ucar rayonunun Məlikballı kəndində, sadə, zəhmətkeş bir ailədə anadan olub…

Sonra ailəsi ilə birlikdə Bakıya köçüb, Bakıda yaşayıb…

O, 1997-ci ildə Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı məktəbin 1-ci sinfinə gedib…

2006-cı ildə 9-cu sinfi bitirdikdən sonra, yəni, elə həmin ildə də Ucar rayonunun Məlikballı kənd tam orta məktəbində təhsilini (10-11-ci sinifləri) davam etdirib…

2008-ci ildə 11-ci sinfi bitirib, həmin ildə də hərbi xidmətə yollanıb…

Hərbi xidmətini Bərdə rayonundakı hərbi hissələrdən birində keçirib, tankcı vəzifəsində xidmətə başlayıb…

02.01. 2010-cu il tarixində isə ordu sıralarından ehtiyata buraxılıb və elə həmin ildən avtomobil servisində çilingər vəzifəsində işləməyə başlayıb…

Cəmi bir il sonra, 21 yaşında, 2011-ci ilin noyabr ayının 15-də də ailə həyatı qurub, iki övladı dünyaya gəlib…

Böyük oğlu İsmayilzadə Zöhrab Orxan oğlu 27.12. 2012-ci ildə, kiçik oğlu İsmayılzadə Ayxan Orxan oğlu 14.02. 2014-cü ildə anadan olub…

2020-ci ilin 21 sentayabr tarixində isə könüllü olaraq, səfərbərliyə cəlb olunub və cəmi 6 gün sonra İkinci Qarabağ Müharibəsi ilə əlaqədar döyüşlərə yollanıb…

…Və bir həftə sonra, oktyabrın 4-ündə Füzuli istiqamətində döyüşlərdə Vətən yolunda qəhrəmancasına həlak olaraq, Səhidlik zirvəsinə ucalıb…

Şəhidimiz elə doğulduğu Ucar rayonunun Məlikballı kəndində də torpağa tapşırılıb…

Şəhidimiz ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Nur içində yatsın, məzarı, məkanı behiştlik olsun!

Allah ailəsinə, anası Həcər xanıma, Vətən əmanət qalan iki oğul övladına səbr, dözüm, güc, qüvvət versin!

Ruhu qarşısında baş əyirəm, baş əyirik!

10:13, 13 iyun

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistanda gedən siyasi proseslər, Azərbaycana qarşı revanşist qüvvələrin meydana gəlməsi onun özünə ziyandır…”-MİLLƏT VƏKİLİ

Read Next

Şuşanın Fəxri vətəndaşı-ƏRDOĞAN! – MUSA URUD YAZDI VƏ TƏKLİF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir