Ucarda ölümlə nəticələnən yol qəzası baş verdi

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Fərrux İsmayıl oğlu Ramazanovun idarə etdiyi “Hyundai” markalı çörəklə dolu yük maşını eyni istiqamətdə hərəkətdə olan Gədəbəy rayon sakini,  1987-ci il təvəllüdlü Yaşar Valeh oğlu Hüseynovun idarə etdiyi “Shagman” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hyundai”ın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Maşında sıxılmış vəziyyətdə qalmış meyit Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq  aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ucar rayonu, Müsüslü kəndində “Hyundai” və “Howo” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, “Hyundai” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Ramazanov Fərrux İsmayıl oğlunun cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:00-da başa çatıb.

Etikxeber.az

Read Previous

“Qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması, diskriminasiyadır” – DEPUTAT – FOTO

Read Next

U-23 Avropa çempionatına start verilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir