“Üçlər”in görüş vaxtı bəlli oldu – SENTYABRIN 16-SI

Rusiya, İran və Türkiyə liderlərinin Sammiti sentyabrın 16-da Ankarada keçiriləcək.

Etikxeber.az “TASS”-a istinadla xəbər verir ki, Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşündə Suriya məsələsi müzakirə ediləcək.

Bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

Daha əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sentyabrın 11-də üçtərəfli Sammit keçirilməsi planı barədə danışmışdı. Rusiya Prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, görüşdə Suriya münaqişəsinin tənzimlənməsinin bütün aspektləri, o cümlədən humanitar və siyasi məsələlər, habelə yer üzündə vəziyyət müzakirə ediləcək.

Xatırladaq ki, Rusiya, İran və Türkiyə liderlərinin ilk görüşü 2017-ci ildə Soçidə keçirilib.

Qeyd edək ki, “Üçlər”in görüşündən sonra “Dördlər”in-Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin görüşü keçiriləcək.

Ərdoğan, Putin, Emmanuel Makron və Angela Merkel növbəti dəfə Ankarada bir araya gələcəklər.

Etikxeber.az

Read Previous

“Polisimiz, igid oğlanlarımız onların gözünü deşər…, qadınlarımızı Günəş, Ay hesab edirəm” – MİLLƏT VƏKİLİ JURNALİSTLƏ RAZILAŞMADI

Read Next

Rəşad Atakişiyevin dəfn mərasiminə, Qabil Hüseynlinin açıqlamasına fərqli münasibət – SİYASİLƏR BURADA DA ANLAŞA BİLMƏDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir