Üçmərtəbəli binadakı yanğınla əlaqədar on nəfər təxliyə edildi – BAKIDA

Paytaxtın Səbail rayonu ərazisində ümumi sahəsi 900 kvadratmetr olan üçmərtəbəli binanın üçüncü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

Etikxeber.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, hadisə ilə əlaqədar yanğınsöndürənlər on nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.

Daha bir yanğın hadisəsi paytaxtın Ağcabədi rayonunda baş verib.

Məcburi köçkünlərin məskunlaşdıqları, ümumi sahəsi 600 kvadratmetr olan ikimərtəbəli binanın dam örtüyü 150 kvadratmetr sahədə yanıb. Yanğın binanın ikinci mərtəbəsində üç otağı və dəhlizi də əhatə edib.

Hər iki hadisə zamanı binalar yanğından mühafizə olunub, alov söndürülüb.

Etikxeber.az

Read Previous

İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Read Next

Bədii gimnastika üzrə dünya kuboku turnirinə yekun vuruldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir