“Üçüncü günün adamı”…

“Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda keçiriləcək 11-ci “Sofia Menar” beynəlxalq film festivalına dəvət alıb.

Etikxeber.az-a Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, film yanvarın 16-da Azərbaycana həsr olunmuş rəsmi gecədə nümayiş olunacaq.

Kinostudiya tərəfindən Babək Şirinsifətin rejissorluğu ilə çəkilən ekran əsərinin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev və başqaları canlandırıblar.

uccccccc

Etikxeber.az

Read Previous

Diplomat yoxa çıxıb – İTALİYADA

Read Next

Tokio Olimpiadasına lisenziya xarakterli yarışlarda atıcılarımızdan yaxşı nəticələr gözləyirik – AŞUMOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir