Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
7-ci çağırış Milli Məclisə (MM) növbədənkənar seçkilər artıq geridə qaldı…
Seçkilər tarixin arxivinə qovuşdu öz müsbətləri və mənfiləri, qüsurları, nöqsanları və uğurları ilə…
Biznes aləmində də deyildiyi kimi, artıq geriyə yox, yalnız qabağa baxmaq lazımdır…
“Ah”, “uf” etməyin bir anlamı yoxdur bundan sonra…
Bəli, bu seçkilərdə məni də qane etməyən çoxlu məqamlar oldu…
Xüsusilə, bir çox namizədlərlə və artıq seçkilərin ilkin nəticələrinə görə, Lider hesab olunanlarla, mandatını almağa sayılı günlərlə qalanlarla bağlı…
Çoxlarından narazıyam, çoxlarından…
Amma və lakin…
Artıq hər şey geridə qalıb və qaldı…
Amma bu seçkilərdə uduş, qazanc olan namizədlər və seçkilərin qalib olanlar da var…
Az da deyillər…
Onlar sırasında Azay müəllimi, Musa müəllimi, Sahibə xanımı, Jalə xanımı, Pərvin xanımı…başqa bir neçə ismi, siyasətçini qeyd etmək mümkündür…
Məqamı düşəndə və imkan olsa, onlarla da bağlı fikirlərimi yazıya çevirəcəyəm…
Amma bu gün Zahid Oruc barədə danışmaq, daha doğrusu, yazmaq istəyirəm…
O Zahid Oruc ki, onu 90-cı illərdən əyani və qiyabi şəkildə tanıyıram…
O Zahid Oruc ki, tanıdığım gündən bugünə kimi əqidəsində, siyasi seçimində…zərrə qədər hansısa büdrəmə, axsama, dala-qabağa baxma…olmayıb…
İlk gündən, siyasətə atıldığı dönəmdən necə olub, hansı seçim edibsə, bu gün də həmin seçimdə, həmin kursda, həmin mövqedədir…
36 ildir siyasi jurnalistikada, mediada olan bir şəxs olaraq, Zahid Oruc kimi mövqeli, əqidəli…insanları az görmüşəm…
Çoxları “əsl” siyasətçi kimi davranıblar, daimi dostluqları (həm də əqidələri…) olmayıb, daimi maraqları və çıxarları olub…
Maraqları bitən, çıxarları kəm gələn yerdə, onlar üçün hər şey bitib, 180 dərəcədə dönüş ediblər…
Nə isə…hər kəsin öz həyatı, öz seçimidir…Özləri cavabdehdirlər özlərinə, əməllərinə…
Amma yuxarıda qeyd etdiyim kimi, Zahid Oruc 30-35 ildən bundan əvvəl necə idisə, hansı mövqedəydisə, bu gün də elədir, bu gün də həmin mövqedədir, dəyişən heç nə yoxdur…
…Düzdür, fəaliyyətindəki, fikirlərindəki bəzi çalarlarla razılaşmasam da, amma dəyişməz, sınmaz, əyilməz mövqeyinə, əqidəsinə, o cümlədən işgüzarlığına, yorulmazlığına, insana və insanlara səmimiyyətinə görə ona hər zaman böyük hörmətim, ehtiramım olub…
İnsanlarla siyasətçi kimi davranmayıb, daha çox insan kimi davranıb…
…Və dünən də ona ehtiramım olub, bu gün də var, sabah da olacaq-birmənalı!
Bəli, yuxarıda da qeyd etdiyim kimi, siyasətçilər böyük əksəriyyət etibarilə səmimiyyətdən uzaq olurlar, onları ancaq daimi maraqları düşündürür, maraqları bitdiyi yerdə, hər şey bitir onlar üçün…
Bu 36 ildə də mənə “dostum, qardaşım, sirdaşım…” deyənlərini də…çox gördüm…
Və çoxları da məni yumşaq şəkildə desəm, xəyalqırıqlığına uğratdı…
Amma Zahid bəy, Zahid Oruc bu məqamda da eyni mövqedə oldu, dəyişmədi, hər zaman mənə, şəxsimə səmimiyyətini, ürəyini, insanlığını ortaya qoydu…
Buna, bunlara görə də ona hər zaman minnətdaram, hər zaman duaçıyam!
Bəli, bu seçkilərin qazanclarından, uduşlarından biri yenə Zahid Oruc oldu…
Bərdədilər itirdilər, amma qazanan birmənalı şəkildə Xətaililər oldu…
Özü də problemləri illərlə üst-üstə qalaqlanan, vədlərdən başqa heç nə görməyən sadə Xətaililər…
Ən böyük uduş, ən böyük qazanclarıdır Zahid Oruc…
Bunu tam əminliklə və vicdanımla deyirəm…
Çox qısa zamanda özləri də görəcəklər, seçimlərinə görə peşman olmayacaqlar…
Çünki son 24-25 ildə əsl millət vəkili necə olmalıdır…nümunəsini ortaya qoyan azsaylılardan biridir Zahid Oruc…
O, sadəcə, millət vəkili mandatını daşımadı, MİLLƏTİnin VƏKİLİ oldu…
Gözügötürməyənlər, badalaq vurmaq, yoluna daş-kəsək tökmək…istəyənlər də oldu, amma hamısını səbrlə bir-bir əzib keçdi…
Bəli, Xətaililər tam arxayın ola bilərlər ki, seçimlərinə görə peşman olmayacaqlar, əsl millət vəkilini görəcəklər…
Və qısası Zahid bəyə, Zahid Oruca bundan sonrakı dönəmdə də uğurlar, müvəffəqiyyətlər!
Hörmətlə,
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri