Uduzan yoxdur və olmayacaq, qazanan olacaq və qazanan bizlər olacağıq-ELDAR İBRAHİMOV SON BƏYANNAMƏNİ BELƏ DƏYƏRLƏNDİRDİ

Tarixi Şuşa Bəyannaməsindən sonra daha bir bir Bəyannamə imzalandı.

Cəmi iki gün öncə, 22 fevral tarixində qonşu dövlətin paytaxtında Rusiya və Azərbaycan liderləri “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə imza atdılar.

İndiki çox qarışıq zəmanədə, dünyamızın hər gün sarsıntılarla, qarşıdurmalarla çalxalandığı bir dövrdə belə bir Bəyannamənin imzalanması özü çox müsbət və tarixi hadisədir.

Çünki imzalanmış məlum Bəyannamə ilə dövlətlər bir daha bir-birilərinin müstəqilliklərini, suverenliklərini, ərazi bütövlüklərini tanımış oldular.

Qeyd edək ki, son 19 illik Prezidentliyi dövründə böyük və Şimal qinuşumuz olan Rusiyaya nə az-nə çox, düz 48-ci dəfə səfər edən dövlət başçımız bir daha illərdir yürüdülən balanslaşdırılmış, tarazlaşdırılmış siyasət kursuna, kimsənin, heç bir dövlətin daxili işlərinə qarışmamaq xəttinə sadiqliyini nümayiş etdirdi.

Bir daha konstruktivliyini, dinc yanaşı yaşamağın, sülh və təhlükəsizliyin Azərbaycan üçün nə qədər mühüm önəm kəsb etdiyini və daşıdığını nümayiş etdirdi.

Səfər zamanı da qeyd edildiyi kimi, bütövlükdə ölkələrimiz arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir. Hazırda bu münasibətlər ən yüksək səviyyəyə çatır.

Əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Bu ildə də artım perspektivi var, yanvar ayının göstəriciləri buna dəlalət edir. Çoxsaylı konkret layihələri həyata keçiririk ki, bu, həm Rusiya üçün, həm də Azərbaycan üçün vacibdir.

Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur.

Dövlət başçımızın da bəyan etdiyi kimi, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır.

Ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, bu, həyatımızda çox mühüm amildir.

Həmçinin, Rusiya Azərbaycan ilə Ermənistan arasında müharibənin, 30 ildən çox davam edən qanlı Qarabağ münaqişəsinin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynadı.

belə ki, 2020-ci ilin noyabrında Rusiya Prezidentinin iştirakı ilə imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi.

Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, deyərdik ki, əsas rol oynayır.

Biz bu rolu çox yüksək qiymətləndiririk.

Və ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək.

Bəli, Rusiya Prezidenti ilə imzalanmış yeni Bəyannamə də iki ölkədə arasında münasibətlərin inkişafı baxımından yeni mərhələ rolunu oynayacaq.

Bu-yeni mərhələ iki ölkənin bütün məsələlərdə və bütün sahələrdə münasibətlərini bir daha ən üst səviyyəyə qaldırmı olacaq.

Bundan uduzan olmayacaq, bundan qazanan olacaq.

Qazanan isə bizlər-həm Azərbaycan, həm də Rusiya olacaq.

Bu günə kimi olub, bundan sonra da olacaq.

Bəli, Bəyannanəmədə də qeyd edildiyi kimi, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar və quracaqlar.

Ən önəmlisi-Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər və edəcəklər.

Daha bir önəmli məqam-Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

Bəli, bütün bunlar hər iki ölkənin müstəqil, suveren dövlət kimi bir-birinə olan müsbət və əhəmiyyətli münasibətini, yanaşmasını ifadə edir.

Bu, yuxarıda da qeyd edildiyi kimi, indiki çox qarışıq, çox ziq-zaqlı bir zəmanədə, dönəmdi çox önəmli və çox əhəmiyyətlidir.

Odur ki, bir daha iki dövlət arasında imzalanmış Bəyannaməni yüksək, müsbət qiymətləndirir və bunun dövlətlərarası əməkdaşlıqda, tərəfdaşlıqda çox mühum və yeni inkişaf, yeni təkan mərhələsi olacağını qeyd edirəm.

Xeyirli və uğurlu olsun!

Yaşasın, suveren və müstəqil Azərbaycan!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Ordumuzun mövqeləri yenidən atəşə tutuldu-MN

Read Next

Əliyev Moldova parlamentinin sədri ilə videoformatda-GÖRÜŞDÜ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir