UEFA Avropa Liqası: “Legiya” (Polşa) -“Qarabağ” – 0:3 – “QARABAĞ” YENİDƏN TARİX YAZDI, NÖVBƏTİ MƏRHƏLƏYƏ ADLADI, QRUP MƏRHƏLƏSİNƏ VƏSİQƏ QAZANDI – YENİLƏNİB – (4)

Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Legiya” (Polşa) -“Qarabağ” oyununun birinci hissəsi başa çatıb.

Etikxeber.az xəbər verir ki, Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşmaya “Qarabağ” fəal başlasa da, ilk hissədə fərqlənməyi bacarmayıb.

Almaniyalı baş hakim Tobias Ştilerin idarə etdiyi matçın birinci hissəsi 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

***

Oyunda hesab açılıb.

“Qarabağ” 1:0 önə keçib.

***

Oyunda hesab yenidən dəyişib.

“Qarabağ” daha bir qol vurub və hesab 2:0-a çatıb.

***

“Qarabağ” hesabı yenidən artırıb.

Hesab 3:0 olub.

***

Oyun 3:0 hesabı ilə başa çatıb.

Beləliklə, “Qarabağ” növbəti mərhələyə adlayıb.

Təbriklər və uğurlar!

Etikxeber.az

Read Previous

“Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq”- QIRĞIZ, MACARISTAN VƏ TÜRK ŞURASININ BİRGƏ MÖVQEYİ

Read Next

Düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib-BU GECƏ – MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir