UEFA Avropa Liqası: “NANT”-QARABAĞ” – 2:1 – YENİLƏNİB – (4)

Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Nant” – “Qarabağ” oyunu başlayıb.

Etikxeber.az xəbər verir ki, “Nant”ın start heyətində Alban Lyafon, Andrey Cirotto, Pedro Çirivelya, Evann Gessan, Samuel Mutussami, Ludovik Blas, Jan-Şarl Kastelletto, Sebastyan Korşya, Kenten Merlen, Mustafa Məhəmməd və Abdul-Kader Bamba yer alıblar.

“Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina çıxıblar.

“Bojuar” stadionunda oynanılan matçı danimarkalı baş hakim Yakob Kehlet idarə edir.

Hesabında 7 xal olan Ağdam təmsilçisi G qrupunda ikinci pillədə qərarlaşıb. Üç xalı olan “Nant” isə üçüncüdür.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada Yunanıstanın “Olimpiakos” klubunu qəbul edir.

23:01

***

Oyunda hesab açılıb.

“Nant” 1:0 önə keçib.

23:18

***

Birinci hissə 1:0 hesabı ilə “Nant”-ın xeyrinə başa çatıb.

23:49

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab 1:0 ev sahiblərinin xeyrinədir.

***

İkinci hissənin 14-cü dəqiqəsində hesab bərabərləşib.

Penalti ilə “Qarabağ” hesabı 1:1 edib.

00:15

***

Ev sahibləri artırma dəqiqələrində yenidən hesabı artırıb.

Hesab 2:1 hesabı ilə “Nant”-ın xeyrinə olub.

Oyun 2:1 hesabı ilə də “Nant”-ın xeyrinə başa çatıb.

Etikxeber.az

Read Previous

Şəhidliyindən bir il öncə atasını itirən-ailənin tək və subay övladı Yusif Budaqov: BU GÜN ŞƏHİDLİYİNDƏN İKİ İL KEÇDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

ABŞ Ukraynaya 275 milyon dollar yardım və HIMARS üçün mərmi verdiyini-BƏYAN ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir