UEFA Avropa Liqası: “QARABAĞ”-“FRAYBYRQ” – 1:1 – “QARABAĞ” MÜBARİZƏNİ KONFRANS LİQASINDA DAVAM ETDİRƏCƏK – YENİLƏNİB – (4)

Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxıb.

Etikxeber.az xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun altıncı turu çərçivəsində Almaniyanın “Frayburq” klubunu qəbul edir.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

“Frayburq”un heyətində meydana Noah Atubolu, Uqo Sike, Lukas Höler, Yannik Kaytel, Nils Petersen, Kevin Şade, Robert Vaqner, Kiliann Sildillia, Kristian Günter, Keven Şlotterbek və Noah Veybhaupt çıxıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edir.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda Fransanın “Nant” klubunu qəbul edir. Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

G qrupunda 13 xala malik “Frayburq” liderliyini təmin edib. “Qarabağ”la yanaşı 6 xalı olan “Nant”ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir.

Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda “Qarabağ”ın xal itirməsini gözləyəcək.

21:48

***

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” – “Frayburq” oyununda birinci hissə başa çatıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda Ağdam təmsilçisi fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb.

Almaniya klubunun heyətində oyunun 25-ci dəqiqəsində penaltidən Nils Petersen fərqlənib.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda Fransanın “Nant” klubunu qəbul edir.

Oyunda hesab açılmayıb.

22:36

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab qonaqların xeyrinə 1:0-dır.

22:49

***

Oyunun artırma dəqiqələrində “Qarabağ” hesabı bərabərləşdirib.

Hesab 1:1 olub.

23:43

***

Oyun başa çatıb.

Hesab 1:1 olub.

***

Qrupun digər oyunu Yunanıstanda baş tutub.

Avrokuboklarla vidalaşdığı dəqiqləşən “Olimpiakos” evdə “Nant”la görüşüb.

2:0 hesabı ilə qalib gələn Fransa təmsilçisi qrup ikincisi kimi Avropa Liqasının pley-offuna yüksəlib.

Bu nəticə “Qarabağ”ı Konfrans Liqasına göndərib.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq, qarşılaşmalar 2023-cü ildə keçiriləcək.

Etikxeber.az

Read Previous

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Read Next

Rusiyanın aktivləri Ukraynanın bərpasında istifadə oluna bilər-Aİ TƏRƏFİNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir