UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilir – BU GÜN

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Etikxeber.az-ın məlumatına görə, baş tutacaq 4 oyun Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

Avrokuboklarda Türkiyənin yeganə təmsilçisi olan “Beşiktaş” “Lion”la qarşılaşacaq. Fransada baş tutacaq oyunda “qara qartal”ın hədəfi ikinci oyun üçün vətənə sərfəli nəticə ilə dönməkdir. İstər daxili arenada, istərsə də Avrokuboklarda olduqca uğurlu mövsüm keçirən istanbulluların hədəfi ən az finala qədər irəliləməkdir. Ancaq bu oyun Şenol Günəşin komandası üçün o qədər də asan olmayacaq.

Belə ki, əsas oyunçuları Abubakar və  Quarejmanın uyğun olaraq cəza və zədə səbəbindən oynamaması komandanın işini çətinləşdirir. “Beşiktaş”dan fərqli olaraq yaxşı günlər keçirməyən “Lion”da isə ciddi itki yoxdur. “Roma”nı geridə qoyaraq türklərə rəqib olan komanda yenidən parlaq dönəmlərinə qayıtmaq istəyir.

Turnirin əsas favoriti “Mançester Yunayted” isə Belçika səfərinə yollanacaq. “Qırmızı şeytanlar”ın rəqibi “Anderlext” olacaq. Fil Cons, Xuan Mata, Ueyn Runi, Kris Smollinq və Eşli Yanqın xidmətindən məhrum olan ingiltərəliləri David De Xeanın vəziyyətinin qeyri-müəyyən olması da narahat edir.

İngiltərə Premyer Liqasında ilk “4-lüy”ə düşmək şansını xeyli çətinə salan Joze Mourinyonun komandası üçün gələn mövsüm Çempionlar Liqasına qatılmağın ən rahat yolu məhz Avroliqadan keçir.

1/4 final mərhələsinin digər matçlarında “Ayaks” “Şalke”ni, “Selta” isə “Genk”i qəbul edəcək. Bu komandalar arasında yalnız “Ayaks”ın ölkə çempionatından ÇL-ə yollanmaq şansı qalır. Hollandiya təmsilçisi yenidən Avropa arenasında titul qazanmağa çalışacaqsa, digər 3 komanda sürpriz edərək, finala qədər irəliləmək niyyətindədir.

Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

13 aprel

23:05. “Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə)

23:05. “Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)

23:05. “Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya)

23:05. “Selta” (İspaniya) – “Genk” (Belçika)

Etikxeber.az

 

Read Previous

Düşmən atəşkəs rejimini 115 dəfə pozub

Read Next

Sürücü sükan arxasında keçindi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir