UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.

Etikxeber.az-ın məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Türkiyənin avrokuboklardakı son ümidi olan “Beşiktaş” Yunanıstan çempionu “Olimpiakos”la üz-üzə gələcək. İstanbullular 1/16 finalda “Osmanlıspor”u mübarizədən kənarlaşdıran rəqibdən həmyerlilərinin revanşını almağa çalışacaqlar.

Maraqlı cütlərdən “Şalke” ilə “Borussiya” arasında Almaniya, “Gent”lə “Genk” arasında Belçika duelləri diqqət çəkir. Bundan başqa, “Lion”la “Roma” arasında mübarizə də gərginlik vəd edir.

Turnirin favoriti hesab edilən “Mançester Yunayted” Rusiyaya səfər edəcək. Joze Morunyonun komandası “Rostov”u sınağa çəkəcək. Rusiyanın digər təmsilçisi “Krasnodar” isə “Selta” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqasının 1/8 final mərhələsindəki cütlüklər:

“Selta” (İspaniya) – “Krasnodar” (Rusiya)

APOEL (Kipr) – “Anderlext” (Belçika)

“Şalke” (Almaniya) – “Borussiya” (M, Almaniya)

“Lion” (Fransa) – “Roma” (İtaliya)

“Rostov” (Rusiya) – “Mançester Yunayted” (İngiltərə)

“Olimpiakos” (Yunanıstan) – “Beşiktaş” (Türkiyə)

“Gent” (Belçika) – “Genk” (Belçika)

“Kopenhagen” (Danimarka) – “Ayaks” (Hollandiya)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları isə 16-da baş tutacaq.

Etikxeber.az

Read Previous

Bağlanan bankların əmanətçilərinə 725,7 milyon manat kompensasiya ödənildi

Read Next

Dolların fevralın 27-nə olan məzənnəsi açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir