Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib.
Etikxeber.az xəbər verir ki, turun ilk oyunu Qazaxıstanda “Astana” klubu ilə Çexiyanın “Slavia” komandası arasında olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Avroliqada çıxış edən Türkiyə təmsilçiləri isə Portuqaliya klubları ilə qarşılaşıblar. “Konyaspor” doğma meydanda “Gimarayş” klubunu 2:1 hesabı ilə məğlub edib, “Başakşəhər” isə səfərdə “Braqa”ya uduzub – 1:2. Turun sürpriz nəticəsi isə İspaniyada qeydə alınıb. Bilbaonun “Atletik” klubu öz meydanında Ukrayna təmsilçisi “Zorya”ya məğlub olub – 0:1.
Digər görüşlər isə aşağıdakı kimi nəticələnib:
“A” qrupu
“Makkabi” (Təl-Əviv, İsrail) – “Vilyarreal” (İspaniya) – 0:0
“B” qrupu
“Partizan” (Serbiya) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:3
“Skenderbeu” (Albaniya) – “Yanq Boyz” (İsveçrə) – 1:1
“C” qrupu
“Lüdoqorets” (Bolqarıstan) – “Hoffenhaym” (Almaniya) – 2:1
“D” qrupu
AEK (Yunanıstan) – “Austria” (Avstriya) – 2:2
“Milan” (İtaliya) – “Riyeka” (Xorvatiya) – 3:2
“E” qrupu
“Everton” (İngiltərə) – “Apollon” (Kipr) – 2:2
“Lion” (Fransa) – “Atalanta” (İtaliya) – 1:1
“F” qrupu
“Lokomotiv” (Rusiya) – “Zlin” (Çexiya) – 3:0
“Şerif” (Moldova) – “Kopenhagen” (Danimarka) – 0:0
“G” qrupu
“Viktoriya” (Çexiya) – “Hapoel” (İsrail) – 3:1
“Luqano” (İsveçrə) – “Styaua” (Rumıniya) – 1:2
“H” qrupu
“Köln” (Almaniya) – “Srvena Zvezda” (Serbiya) – 0:1
“BATE” (Belarus) – “Arsenal” (İngiltərə) – 2 :4
“İ” qrupu
“Zalsburq” (Avstriya) – “Marsel” (Fransa) – 1 :0
“J” qrupu
“Ostersun” (İsveç) – “Herta” (Almaniya) – 1:0
“K” qrupu
“Latsio” (İtaliya) – “Sulte Varegem” (Belçika) – 2:0
“Nitsa” (Fransa) – “Vitess” (Hollandiya) – 3:0
“L” qrupu
“Rusenborq” (Norveç) – “Vardar” (Makedoniya) – 3:1
“Zenit” (Rusiya) – “Real Sosyedad” (İspaniya) – 3:1
Etikxeber.az