Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Etikxeber.az-ın Apasport.az saytına istinadən məlumatına görə, tədbir Finlandiyanın paytaxtı Helsinkidə, sabah baş tutacaq Konfrans ərəfəsində təşkil olunub.
Həmin tədbirdə komitənin yeni üzvləri seçiləcək ki, namizədlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var.
Toplantıda, həmçinin milli və klub miqyaslı turnirlərlə bağlı bir sıra vacib qərarlar verilib.
2018/19 mövsümündən başlayaraq, Avropa Liqası və Çempionlar Liqasının final oyunu eyni həftədə baş tutacaq. 3 mövsüm üçün verilən bu qərara əsasən, 2019-cu ildə Avropa Liqasının finalı mayın 29-da çərşənbə günü keçiriləcək. Təbii ki, iki turnirin finalı da həmişəki kimi müxtəlif ölkələrdə baş tutacaq.
U-21-lər arasında Avropa çempionatının final mərhələsinin tarixi də təsdiqlənib. İtaliyadakı AVRO-2019 iyunun 16-30-da baş tutacaq.
Futzal üzrə Avropa çempionatları 2022-ci ildən yeni formatda baş tutacaq. Azərbaycan millisinin daimi iştirakçısına çevrildiyi final mərhələsi 2 ildən bir 12 komandanın iştirakı ilə keçirilirdi. Amma artıq millimizi yenilik gözləyir. 2022-ci ildən 16 komandalı 4 ildən bir təşkil olunacaq yarışa üstünlük veriləcək. AVRO-2018 isə indiki qaydalarla sonuncu yarış olacaq. AVRO-2020 təşkil olunmayacaq ki, həmin dövr yığmaların DÇ-2020 və onun seçmə mərhələsində iştirakına sərf ediləcək. 2020-21-ci illərdə AVRO-2022-in seçmə oyunları baş tutacaq.
2019-cu ildən qadın futzalçılar arasında Avropa çempionatları 2 ildən bir, 4 komanda ilə keçiriləcək.
19 yaşadək futzal yığmaları arasında Avropa çempionatı 2019-cu ildən başlayaraq keçiriləcək. 2 ildən bir təşkil olunacaq yarışda 8 yığma çıxış edəcək.
Futzal üzrə UEFA kuboku 2017/18 mövsümündən yeni formatda keçiriləcək. Reytinqdə ilk üç yerə sahib ölkələr iki komanda ilə təmsil olunacaq.
Futzal üzrə UEFA kuboku 2018/19 mövsümündə Futzal üzrə Çempionlar Liqası adlanacaq.
Qeyd edək ki, komitənin növbəti iclası iyunun 1-də keçiriləcək.
Etikxeber.az