UEFA Çempionlar Liqası: “Qarabağ” – “Molde” – 5:6 – YENİLƏNİB – (10)

UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Molde” (Norveç) oyunu başlayıb.

Etikxeber.az xəbər verir ki, Kiprdəki “AEK Arena”da stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir Mahir Emreli yer alıblar.

“Molde”nin ilk onbirliyində isə meydana Andreas Linde, Stian Qreqersen, Maqnus Eykrem, Leke Ceyms, Martin Ellinqsen, Erlinq Knudtcon, Ecas Xussayn, Fredrik Eyrsnes, Eyrik Xestad, Xenri Uonqo Kristoffer Xeuqen çıxıblar.

Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Scran Yovanoviçdir. Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.

Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb – 2:1.

“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub – 2:1.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

***

Oyunda hesab hələlik açılmayıb-0:0

21:13

***

Oyunun birinci hissəsi başa çatıb.

Hesab açılmayıb-0:0.

21:49

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

22:08

***

Oyunun ikinci hissəsində də hesab açılmayıb-0:0.

Oyun qalibi müəyyənləşdirmək üçün artırma dəqiqələri ilə davam edəcək.

22:56

***

Oyunun ilk (15 dəqiqəlik) artırma dəqiqələri başlayıb.

Hesab hələlik 0:0-dır.

23:09

***

Oyunun 108-ci dəqiqəsində qonaqlar penaltı zərbəsini vura bilməyiblər.

Hesab yenə də 0:0-dır.

23:14

***

İlk artırma dəqiqələri də 0:0 hesabı ilə başa çatıb.

23:18

***

İkinci 15 dəqiqəlik əlavə vaxt-artırma dəqiqələri başlayıb.

23:21

***

Oyunun ikinci 15 dəqiqəlik əlavə vaxtı da bitib.

Hesab yenə açılmayıb.

Beləliklə, qalibi müəyyən etmək üçün penaltı seriyasına gedilib.

23:37

***

“Qarabağ” penaltı seriyasında 5:6 hesabı ilə oyunu uduzub.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva gənc-tələbə rəssama nə arzuladı-BƏHRAM NƏSİBOVUN OĞLUNA NƏ SÖZ VERDİ? – FOTOLAR

Read Next

Kimə və nəyədir etiraz: Rus dilinə yoxsa rusqafalılığa?-KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir