Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan növbəti üç komandanın adı məlum olub.
Etikxeber.az xəbər verir ki, Hollandiyanın PSV komandası Belarusun BATE klubunun qapısından üç cavabsız top keçirərək qrup mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Belarusun BATE klubu ilk oyunda doğma meydanda Hollandiyanın PSV klubuna 2:3 hesabı ilə məğlub olmuşdu.
Digər qarşılaşmada Portuqaliyanın “Benfika” klubu Yunanıstanın PAOK komandasının qonağı olub. Matç “Benfika”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyada keçirilən ilk qarşılaşma isə 1:1 başa çatmışdı.
İlk oyunda Belqradda qolsuz heç-heçənin qeyd alındığı “Salzburq” (Avstriya) – “Srvena Zvezda” (Serbiya) görüşünün cavab qarşılaşması 2:2 başa çatıb. Ümumi hesab 2:2 olduğuna görə UEFA-nın reqlamentinə əsasən səfərdə vurduğu iki qol sayəsində “Srvena Zvezda” dünyanın ən güclü klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək, “Salzburq”, PAOK, BATE UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.
***
Bu gün həm də UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da Monakoda keçiriləcək. Avropanın ən güclü 32 komandası hərəsində dörd klub olmaqla səkkiz qrupa bölünəcək.
Qaydalara əsasən, komandaların adları dörd səbətə yerləşdirilib.
Birinci səbət
“Real” (İspaniya), “Barselona” (İspaniya), “Atletiko Madrid” (İspaniya), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Mançester Siti” (İngiltərə), “Lokomotiv” (Rusiya), PSG (Fransa);
İkinci səbət
“Borussiya” (Dortmund, Almaniya), “Portu” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Tottenhem” (İngiltərə), “Napoli” (İtaliya), “Roma” (Almaniya), “Benfika” (Portuqaliya);
Üçüncü səbət
“Şalke” (Almaniya), “Lion” (Fransa), “Monako” (Fransa), “Ayaks” (Hollandiya), MOİK (Rusiya), PSV (Hollandiya), “Liverpul” (İngiltərə), “Valensiya” (İspaniya);
Dördüncü səbət
“Brügge” (Belçika), “Qalatasaray” (Türkiyə), “Yanq Boyz” (İsveçrə), “İnter” (İtaliya), “Xoffenxaym” (Almaniya), AEK (Yunanıstan), “Srvena Zvezda” (Serbiya), “Viktoriya” (Çexiya).
Qrup mərhələsinin oyunlarına sentyabrın 18-də start veriləcək.
Həmçinin püşkatma mərasimindən sonra 2017/2018-ci il mövsümünün ən yaxşı oyunçusu və ən yaxşı qadın futbolçusu da seçiləcək.
Etikxeber.az