UEFA Çempionlar Liqasının ilk finalçısı “Yuventus” oldu – FOTO

UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmaları çərçivəsində ilk cavab oyunu keçirilib.

Etikxeber.az xəbər verir ki, Turinin “Yuventus” klubu öz meydanında turnirin sürprizi Fransanın “Monako” kollektivini qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Yuventus”un heyətində Mandzukiç və Dani Alveş fərqləniblər, “Monako”nun yeganə qoluna isə Mbappe imza atıb.

İlk matçda səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən “Qoca sinyora” finala vəsiqə qazanıb.

İtaliyalıların finaldakı rəqibi bu gün oynanılacaq “Atletiko”-“Real” qarşılaşmasından sonra müəyyənləşəcək.

Etikxeber.az

Read Previous

Azərbaycan təmsilçisi “Eurovision-2017” finalının birinci hissəsində çıxış edəcək – FOTOLAR -YENİLƏNİB

Read Next

Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri: 3 milyon

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir