UEFA və FİFA-dan Superliqa iştirakçılarına-XƏBƏRDARLIQ… – YENİLƏNİB – (1)

Yeni yaradılan Superliqa ilə bağlı UEFA, İngiltərə Premyer Liqası, İspaniya La Liqası və İtaliya A seriyası birgə bəyanat yayıb.

Etikxeber.az-ın Apasport.az saytına istinadən məlumatına görə, adıçəkilən qurumlar həmin turnirə qatılacaq klubların ciddi cəzalandırılacağını bildirib.

Hətta yarışda iştirak edəcək komandalar ölkə çempionatlarından da çıxarılmaq xəbərdarlığı alıb: “Avropa Superliqasına qatılacaq klublar daxili çempionatlardan çıxarılacaq. Bu layihə birliyə hər zamankından daha çox ehtiyat duyulduğu bir vaxtda yalnız bir neçə klubun xeyrinədir. Bunun qarşısını almaq üçün həm hüquqi, həm də idman prinsiplərinə uyğun tədbirlər görüləcək”.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarının Superliqada iştirakı təsdiqlənib.

Həmçinin, Fransa prezidenti Emanuel Makron ölkəsinin futbol klublarının yeni yaradılan Superliqaya qatılmaqdan imtinasına münasibət bildirib.

O, bu addımı dəstəkləyib.

Bu, prezidentin mətbuat xidmətinin yaydığı açıqlamada əksini tapıb:

“Prezident birlik və idman prinsiplərini pozmağa təhlükə yaradan Superliqaya qatılmaqdan imtina edən Fransa klublarını dəstəkləyir. Hakimiyyət Fransa federasiyası, liqası, UEFA, FİFA-nın milli və qitə miqyaslı yarışların birliyini qorumaq istiqamətindəki bütün addımlarını dəstəkləyir”.

***

Son məlumata görə, UEFA təcili yığıncaq çağırıb.

Gündəm yeni yaradılan Superliqa olacaq.

İclasda qitə futbol qurumu ilə yanaşı, FİFA, İngiltərə Premyer Liqası və İtaliya A seriyası rəhbərləri də iştirak edəcək.

Toplantıda Superliqaya qatılacaq klubların daxili birinciliklərdən çıxarılması qərarı müzakirə olunacaq.

11:42

***

FİFA Avropa Superliqasının yaradılması ilə bağlı bəyanat yayıb.

Ali futbol qurumu nəhəng klubların bu təşəbbüsünü qınayıb.

Bəyanatda həmin turnirin tanınmayacağı vurğulanıb:

“FİFA “Avropadan qopanların liqası”na dəstək verməyəcək. Bu turnir beynəlxalq səviyyəli yarışlardan kənardadır və prinsiplərimizə hörmətsizlikdir. Məsələ bütün tərəflərin iştirakı ilə ciddi şəkildə müzakirə olunmalıdır”.

Etikxeber.az

Read Previous

“Axırıncı dəfə müharibədən, Şəhidliyindən iki gün öncə danışmışdıq…Demişdi ki, ana, iki günə qayıdıb gələcəyəm…Gəldi, amma tabutu gəldi…”-ŞƏHİD PƏRVİZ BALABƏYOVUN ANASI SƏBİRƏ BALABƏYOVA – FOTOLAR

Read Next

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi-YARADILDI – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir