Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün futbol üzrə Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, C divizionunda yarışacaq Azərbaycan yığmasının rəqibləri müəyyənləşib.
Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə millimiz Kosova, Bolqarıstan və Farer adaları ilə birlikdə 2-ci səbətdə yer alıb.
Püşkün nəticəsinə görə, yığmamız İsveç, Slovakiya və Estoniya ilə eyni qrupda yer alıb.
İsveçlilər və estoniyalılar AVRO-2024-ün seçmə mərhələsində millimizin rəqibi olublar.
Slovakiya isə son Millətlər Liqasında C divizionunda komandamızla yarışıb.
Qruplar
1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya
2-ci qrup: Rumıniya, Kosova, Kipr, Litva/Cəbəllütariq
3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus
4-ci qrup: Ermənistan, Farer adaları, Şimaliya Makedoniya, Latviya
Etikxeber.az