Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sentyabrın 11-də keçiriləcək yeddi oyunla UEFA Millətlər Liqasının ikinci turuna yekun vurulacaq.
Etikxeber.az xəbər verir ki, günün ən çox maraqla gözlənilən oyunu “Estadio Martinez Valero” stadionunda keçiriləcək.
“A” liqasının 4-cü qrupunda yer alan sonuncu dünya çempionatının finalçısı Xorvatiya millisi İspaniya yığmasının qonağı olacaq. Bu liqanın 2-ci qrupunda yer alan İslandiya yığması isə Belçika millisini qəbul edəcək.
“B” liqasının 3-cü qrupunda qərarlaşan Bosniya və Herseqovina yığması Avstriya millisi ilə qarşılaşacaq.
“C” liqasının 1-ci qrupunda Finlandiya millisi Estoniya yığmasını, Macarıstan seçməsi isə Yunanıstan komandasını qəbul edəcək.
“D” liqasının 2-ci qrupunda yer alan komandalardan Moldova və Belarus, San-Marino ilə isə Lüksemburq milliləri üz-üzə gələcəklər.
Xatırladaq ki, “D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi ötən gün səfərdə Malta yığması ilə heç-heçə (1:1) edib.
Etikxeber.az