UEFA Millətlər Liqası: Azərbaycan-Malta oyunu-1:1 – FOTOLAR- YENİLƏNİB – (1)

Bu gün UEFA Millətlər Liqası çərçivəsində daha yeddi oyun keçiriləcək.

Etikxeber.az xəbər verir ki, D4 qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Malta komandasını qonaq edəcək. Oyun saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri üç turdan sonra 5 xalla qrupda ikinci yeri tuturlar.

Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədədir.

Turun maraq doğuran daha bir qarşılaşması B2 qrupunda oynanılacaq. Moskvada Rusiya və Türkiyə milliləri üz-üzə gələcək.

Bu qrupda iki turdan sonra Rusiyanın 4, Türkiyənin 3, İsveçin 1 xalı var. Bu gün, həmçinin A3 qrupunda Polşa-İtaliya, C1 qrupunda İsrail-Albaniya, C4 qrupunda Rumıniya-Serbiya və Litva-Monteneqro, D3 qrupunda isə Farer Adaları-Kosovo oyunları baş tutacaq.

***

malta-1

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan-Malta oyunu başlayıb.

Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiçdir. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirir.

Qrupun digər oyununda Farer Adaları millisi doğma meydanda Kosovo seçməsini qəbul edir.

Üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib.

***

Oyun 1:1 hesabı ilə başa çatıb.

Etikxeber.az

Read Previous

“ABŞ-ın addımları ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyil” – RUHANİ

Read Next

Bakıda Beynəlxalq Caz Festivalının açılışı oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir