UEFA-nın prezidenti Bakıya gələcək

AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis UEFA AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək.

Etikxeber.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Xatırladaq ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

Etikxeber.az

Read Previous

Pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalandı

Read Next

Roma 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyinə namizədlikdən imtina etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir