UEFA-nın reytinqində 2 pillə irəlilədik

Futbol üzrə milli komandaların UEFA reytinqi açıqlanıb.

Etikxeber.az xəbər verir ki, 3 böyük yarışın nəticələrinə əsasən tərtib olunan siyahıda Avropanın 55 yığması yer alıb.

2014-cü il dünya çempionatı və 2016-cı il Avropa çempionatının həm seçmə, həm final mərhələlərini, həmçinin 2018-c il dünya çempionatının arxada qalan təsnifat oyunlarını özündə əks etdirən cədvəldə ötən ayla müqayisədə ciddi dəyişikliklər olub. Bu, Azərbaycan yığmasından da yan ötməyib.

2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub edib, Çexiyadan qolsuz bərabərliklə qayıdan komandamız xal hesabını 16 min 871-ə çatdırıb. Xal artımı Robert Prosineçkinin yetirmələrinin 38-ci yerə yüksəlməsi üçün yetərli olub. Halbuki, komandamız ötən ay 40-cı pillədə qərarlaşıb. Millimiz Belarus və Kipri arxada qoymağı bacarıb.

Cədvəlin lideri də dəyişib. Rusiya 4 pillə geriləyərək 5-ci yerə düşüb. Əvəzində yığmamızın rəqibi olan Almaniya zirvəni ələ keçirib. Ön sıralardakı Fransa, Belçika və Portuqaliya da irəliləməyə nail olublar.

Ən böyük sıçrayış isə İsrail, İsveç, Monteneqro, İrlandiya və Farer adalarında qeydə alınıb. Bu komandalar 4 pillə irəliləyiblər. Danimarka 6, Şotlandiya ilə Çexiya 5 pillə geriləyib.

Millimizin seçmə qrupdakı rəqiblərindən Almaniya 1 pillə irəliləyibsə, Şimali İrlandiya və San-Marino mövqeyində qalıb. Əvəzində, Norveç 1 pillə aşağı yuvarlanıb.

Etikxeber.az

 

Read Previous

“Qarabağ” ayın 20-də PAOK komandasını qəbul edəcək

Read Next

Dünyada ən iri dinozavr-titanozavrlar harada yaşayıb?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir