UEFA tərəfindən 26 min avro maliyyə vəsaiti ayrılıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Etikxeber.az-a verilən məlumata görə, “Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandasının UEFA Gənclər Liqasında iştirakına görə UEFA tərəfindən 26 min avro maliyyə vəsaiti ayrılıb. Qeyd olunan vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubun hesabına köçürülüb.
Etikxeber.az