UEFA-ya yeni prezident seçilib – Aleksander Çeferin

Sentyabrın 14-də UEFA-ya yeni prezident seçilib.   

Etikxeber.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada təşkil edilən konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin qalib gəlib.

Futbol funksioneri 55 mümkün səsdən 45-ni toplayıb. A.Çeferin qitə futbol qurumunun prezidenti postu uğrunda səsvermədə Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqı qabaqlayıb.

Qeyd edək ki, AFFA səsvermədə Çeferinə səs verəcəyini öncədən açıqlamışdı. Sloveniyalı qurumun tarixinə yeddinci prezident kimi düşüb. O, fransalı Mişel Platininin vəzifəsindən kənarlaşdırılmasından sonra boş qalan posta yiyələnib.

Etikxeber.az

Read Previous

Ölkə ərazisində yağış yağacağı gözlənilir – Çətir götürməyi unutmayın

Read Next

Xəbərdarlıq: Havanın temperaturu 4-6 dərəcə enəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir