“ÜGT-nin tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır” – BAŞ NAZİR

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları 3 günlük Konfransı və Sərgisi (WCO IT/TI Conference & Exhibition) işə başlayıb.

Etikxeber.az xəbər verir ki, “Smart sərhədlər üçün yeni texnologiyalar” şüarı altında keçirilən tədbir Prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunun oxunması ilə açıq elan edilib.

Məktubu baş nazir Novruz Məmmədov oxuyub.

Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi, informasiya kommunikasiya texnologiyaların tətbiq olunması sahəsində bir çox işlər görülüb.

O, bu cür konfrans və sərgilərin keçirilməsini alqışlayır və onların əməkdaşlığa töhfələr verəcəyinə əmindir.

“Azərbaycan üçün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) beynəlxalq tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır”.

Bunu isə N. Məmmədov  öz çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ÜGT ilə sıx əməkdaşlıq edir: “Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakıda yerləşməsi və Azərbaycan ÜGT-nin Avropa regionuna rəhbərlik etməsini bu əməkdaşlığın bariz nümunəsidir”.

Baş nazir bildirib ki, Azərbaycan Avropa və Asiya arasında tranzit rolu oynayır: “Azərbaycan son illər irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Son illər ərzində Azərbaycan infrastruktura böyük həcmdə vəsait yatırıb”

N. Məmmədov xatırladıb ki, 2013-cü ildə Azərbaycan orbitə ilk peykini buraxıb və bununla da ölkəmiz böyük kosmik ailənin üzvü olub.

Etikxeber.az

Read Previous

“Avro-2020”nin seçmə mərhələsində növbəti oyunlar – NƏTİCƏLƏR – MİLLİMİZİN BİABIRÇI MƏĞLUBİYYƏTİ

Read Next

“Müasir dövrdə güc və qüdrət yalnız bu yolla əldə edilir…” – ZÜLFÜQAR HÜSEYNZADƏ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir