Uğur, Zəfər, Müjdə yol yoldaşımızdır-JALƏ ƏLİYEVA ÖLKƏ PREZİDENTİNİN SƏDRLİYİ İLƏ KEÇİRİLƏN MÜŞAVİRƏDƏN YAZDI

Gözün aydın, məmmləkətim!

Gözün aydın olsun, can Azərbaycanım!

Yenə də, ard-arda müjdəli, gözəl xəbərlər, önməli mesajlar gəlir.

Gələn ay göz bəbəyimiz Şuşada yenidən “Xarıbülbül” festivalı keçiriləcək.

Yenidən Şuşamız bulaq kimi qaynayacaq, çaylar kimi çağlayacaq, coşacaq, səsi dünyanın hər yerinə yayılacaq.

Qeyd edık ki, keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişdilər.

Bu il isə artıq dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri dəvət edilib bu festivala.

Zəngilan rayonunun Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar.

Bu il Ağalı kəndinin açılışı olacaq ki, bu, birinci pilot layihədir.

Eyni zamanda, Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq.

Bu, bir neçə kəndi birləşdirən layihədir ki, Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq.

Bununla yanaşı, azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq, kəndlər, qəsəbələr də bərpa ediləcək.

Şuşamızda şəhər meriyası binası əsaslı şəkildə təmir edilir və onun yanında yeni konfrans zalı inşa olunur.

Çünki indi Şuşada böyük tədbir keçirmək üçün yer yoxdur.

Ona görə konfrans zalı meriya binasına bitişik olacaq və orada yaxın gələcəkdə ən mötəbər tədbirlər keçiriləcək.

Həmçinin, Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun çox böyük əhəmiyyəti var və odur ki, həmin yolun da artıq bu il istismara verilməsi nəzərdə tutulur.

Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var ki, bunlar da olduqca vacib və əhəmiyyətlidir.

 Bu il böyük turizm potensialı olan Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir.

Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək.

Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib və Suqovuşana oradan məsafə çox qısadır. Suqovuşanda da turizm imkanları bu yaxınlarda təqdim edildi – həm turizm, həm yaşayış, həm idman.

Yəni, bu yolun çox böyük əhəmiyyəti var və biz Suqovuşana həm Naftalan istiqamətindən, həm də Tərtər istiqamətindən rahatlıqla getmək mümkün olacaq.

Gözəl, müjdəli xəbərlər bir deyil, iki deyil, saysız-hesabsızdır.

Davamı da gəlir və gələcək.

Dayanmamışıq, dayanmırıq, bundan sonra da dayanmayacağıq.

Bacarmışıq, bacarırıq, bundan sonra da bacaracağıq.

Necə ki, Müzəffər Ali Baş Komandanın rəhbəri olduğu Rəşadətli Azərbaycan Ordusunun, Şəhidlərimizin, Qazilərimizin, Vətən sevdalılarımızın Qəhrəmanlığı, İgidliyi sayəsində cəmi 44 günə 32 illik Qarabağ münaqişəsinə son qoyduq, necə ki, zalım və qəvi düşmən və havadarları üzərində tarixi Qələbə və Zəfər əldə etdik, eləcə də el birliyi, güc birliyi, könül birliyi, xalq-dövlət-hakimiyyət vəhdəti sayəsində çox qısa zamanda Qarabağımızı da dirçəldəcəyik, ayağa qaldıracağıq, cənnət məkanına çevirəcəyik.

Kimsə və kimlərsə savaş Əzmimizə, Qələbəmizə, Zəfərimizə mane ola bilmədiyi kimi, Qarabağımızın ayağa qalxmasına, ayağa qaldırılmasına da mane, əngəl ola bilməyəcək.

Müxtəlif bəhanələr, təxribat və fitnəkarlıq cəhdləri də yenə fiaskoya uğrayacaq, uğradılacaq,

Qarabağ necə ki, indiyə qədər bizim olub, necə ki, bizimdir, bundan sonra da bizim olacaq!

Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin cəmi saatlar öncə, aprelin 12-də keçirilən 2022-ci ilin ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bəyan etdiyi kimi, artıq Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz.

“Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq”-deyərək, Ali Baş Komandan bir daha qətiyyətli şəkildə bəyan və xəbərdarlıq etdi ki, onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar.

Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq.

Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər.

Yoxsa yenə də dalan kimi qalacaqlar.

Biz yenə seçimimizi etdik, mesajımızı verdik.

İndi seçim onlarındır, nə addım atacaqlarsa, qarşılığını da anında görəcəklər.

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

16 yeni yoluxma-1 ÖLÜM…

Read Next

2022-ci il: Böyük perspektivlər və uğurlar ili-MUSA QULİYEV BELƏ DƏYƏRLƏNDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir