“Uğurlarımızın özülü oldu…” – MİLLƏT VƏKİLLƏRİ “ƏSRİN MÜQAVİLƏSİ”NİN 25 İLLİYİ HAQDA

Əgər müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin birinçi Sah əsəri idisə, “Əsrin müqaviləsi” onun ikinci Sah əsəri oldu. 1994-cü ilin sentyabrın 20-də, yəni, 25 il əvvəl Heydər Əliyevin müdrikliyi, qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi” müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük töhfə verdi. “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanın dünya ölkələri arasında mövqeyi qısa müddətdə xeyli yaxşılaşdı. Ölkəmiz yeni neft strategiyasını müəyyənləşdirdi, müstəqil dövlət kimi inkişafının yeni-ikinci mərhələsinə başladı.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, mərhum dövlət başçısı Heydər Əliyevin Azərbaycan xalqının tələbə ilə 1993-ci ilin iyununda ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın ölüm ya ölüm məsələsini həll etdi:

“Ölkəni bu vəziyyətdən qurtarmaq üçün müxtəlif yollar axtarıldı. İlk növbədə ölkənin dağılmaq təhlükəsininqarşısını almaq, sonra inkişaf barədə fikirləşmək. Neft müqavilələri barədə müzakirələrə xüsusi yer verdi. Uzun müddət müqavilələr üzərində işlənildi, ölkənin mənafeyinə, maraqlarına xidmət edən bir müqavilə əldə edildi. 1994-cü il sentyabrın 20-də Qərbin nəhəng neft şirkətləri ilə neft kontraktı bağlanıldı. Neft kontraktının bağlanması üçün çox ağır danışıqlar aparıldı, nəhayət, Heydər Əliyev xalqın maraqlarına cavab verən  və böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsinin” imzalanmasına nail olundu.

Heydər Əliyevin təkidi , zəhməti, uzaqgörən siyasəti nəticəsində ölkəmizin gələcək inkişafı naminə yeni inkişaf erasına daxil olması üçün Azərbaycan neftinin Avropaya nəql olunmasına hesablanmış bir layihənin reallaşmasına imza atdı və nəhəng neft şirkətlərinin bu layihəyə imza etmələrinə inandırdı və “Əsrin müqaviləsi”nin imzalanılması baş tutdu. Bu işi ümumilli lider Heydər Əliyevdən başqa heç bir lider, heç bir qüvvə reallaşdıra, bu cür müqavilə imzalaya bilməzdi”.

Millət vəkili deyib ki, Azərbaycanın bugünkü inkişafında “Əsrin müqaviləsi”nin mühüm rolu var.

“Neft kapitalını insan kapitalına çevrilməsi qarşıya qoyulan hədəflərdən biridir. Möhtərəm Prezidentimiz buna nail oldu və daha çox nəticə aldı. Azərbaycan enerji təhlükəsizliyi mərkəzinə çevrildi. Ölkənin inkişafı, sabitlik, stabillik xarici investorların cəlb olunmasına şəriat yaratdı. Ölkəmizə o vaxtdan gələn investorlar bu gün də işləyirlər. Müqavilə bu gündə öz əhəmiyyətli rolunu oynayır.

Prezident Cənab İlham Əliyev demişdir ki, “ neft gəlirləri məqsəd deyil, xalqımızın maddi rifahı halının davamlı olaraq yaxşılaşdırılması üçün bir vəsaitdir”. Əldə olunan uğurları və xalqımızın, dövlətimizin gələcəyini nəzərə alınaraq “ Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Enerji təhlükəsizliyi ilə əlaqədar yeni beynəlxalq layihələr reallaşmağa başladı. Ölkəmiz enerji təhlükəsizliyi ilə əlaqədar olan beynəlxalq layihələrdə söz sahibinə, əsas aktorlardan birinə çevrildi. Bu gün artıq dünyanın sözü, rəyi, çəkisi ilə hesablaşdığı bir Azərbaycan var-güclü, qüdrətli, əyilməz, sınmaz Azərbaycan!”-deyə, deputat qeyd edib.

asrrr

ELDENIZ-3

kamilla-13

Millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva da H.Əliyevin Sah əsəri hesab edilən “Əsrin müqaviləsi”ni  tarixi hadisə və zəfər kimi qiymətləndirib.

Qeyd edib ki, bu müqaviləni imzalamaqla, tarixi uğura imza atmaqla, həm Azərbaycan dövləti, həm də onun banisi olan H. Əliyev Azərbaycan müstəqilliyini həzm və qəbul edə bilməyən, onu “üçüncü dünya dövləti”nə, vassala, forposta çevirmək istəyən qüvvələrin, dairələrin, güclərin üzərində qələbə çaldı, zəfər qazandı.

Millət vəkili bildirib ki, müstəqil Azərbaycan həmin gün yenidən Günəş kimi doğdu, parladı, ətrafa öz şəfəqlərini saçdı, müstəqil dövlət və dövlətçilik yolunda bir daha qərarlığını nümayiş etdirdi.

“Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu.

Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, dünyanın aparıcı dövlət və şirkətləri bir daha və birmənal şəkildə əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı.

Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı.

Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli (AÇG)” yataqları hesabına əldə edilir. Artıq 20-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın “mənfəət nefti” xarici bazarlara çıxarılır. Məlumatlara görə, 2019-cu il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 287 milyon tona qədər “mənfəət nefti” satılmışdır ki, bu da AÇG üzrə indiyədək hasil edilmiş bütün neftin 58 faizi qədərdir. Mənfəət neftinin həcmi ilbəil artır.

“Əsrin müqaviləsi”nin ən böyük nailiyyətlərindən biri də odur ki, bu müqavilə yalnız AÇG yataqlarının işlənməsi ilə məhdudlaşmadı. Bu böyük layihənin törəmələri meydana gəldi ki, onların da birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri oldu. “Əsrin müqaviləsi”nin övladı olan bu kəmər 2005-ci il may ayının 28-də istismara verildi, 2006-cı il iyulun 13-də isə onun rəsmi açılışı oldu.

Bu yerdə bir məsələni də qeyd etmək istəyirəm: vaxtilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri layihəsinin də əleyhdarları vardı. Amma indi baxın: 2019-cu il sentyabrın 1-dək dünya bazarlarına 554 milyon tona qədər Azərbaycan nefti çıxarılıb ki, bunun da 158 milyon tonu Bakı-Supsa, Bakı-Batum, Bakı-Novorossiysk kəmərləri və dəmir yolu ilə, 396 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib. Əgər bu kəmər olmasaydı, bu qədər nefti dünya bazarlarına biz necə aparıb çıxara bilərdik?!

Bütün bunlar bir daha onu göstərir ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından, məhz onun siyasi iradəsi və müdrikliyi sayəsində Azərbaycanın maraqlarına cavab verən tarixi “Əsrin müvaqiləsi”nin imzalanmasından başlanan yol dirçəliş, yüksəliş, tərəqqi, intibah yolu və mərhələsi oldu. 23 ildən sonra növbəti tarixi  “Yeni əsrin müqaviləsi” imzalandı, yeni tərəqqi və çiçəklənmə mərhələsi başlandı. Azərbaycan  bu gün də məhz bu yolla öz parlaq gələcəyinə, uğurlu inkişafına, əmin-aman, təhlükəsiz sabahına doğru şövqlə, əzmlə və qətiyyətlə irəliləyir.

Heç kimə və heç nəyə baxmadan, heç kimdən və heç nədən çəkinmədən, onu gözləyə biləcək bütün təzyiqlərə, risqlərə, təhdidlərə fikir vermədən. Bu yol, bu inkişaf, bu sükan bu gün də etibarlı əllərdədir. Azərbaycan xalqı, Azərbaycan dövləti ölkə prezidenti  cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində  bu yolda hələ çox qələbələrinə, zəfərlərinə imza atacaq”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

“…Bunu qəbul etməliyik” – QURBAN QURBANOV

Read Next

Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsi – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir