Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə insan alveri ilə mübarizə mövzusunda tədbir keçirilib.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə ABŞ-ın ölkəmizdəki səfirinin müavini Uilyam Gil, ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə və monitorinq üzrə məsul nümayəndəsi xanım Heyli Sands Rayt, Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev, QHT rəhbərləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Uilyam Gil insan alverinə qarşı mübarizənin önəmini vurğulayaraq deyib: “İnsan alveri elə bir təhdiddir ki, o, sərhəd tanımır. Bu sahədə tərəfdaşlıq çox vacibdir. 2016-cı ilin martında səfirlik və Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə beynəlxalq konfrans təşkil edilib. Konfrans çərçivəsində hüquq mühafizə orqanları və müxtəlif şəxslərin birgə fəaliyyətlərinin koordinasiyası həyata keçirilib. ABŞ-ın Azərbaycanda reallaşdırdığı proqramlardan biri məhz insan alverinə qarşı mübarizəyə yönəlib. Birləşmiş Ştatların da dəstəyi ilə Azərbaycanda insan alveri qurbanları üçün sığınacaqların yaradılması və oradakı insanların əmək qabiliyyətlərinin artırılması istiqamətində addımlar atılıb.”
Sonra çıxış edən Heyli Sands Rayt bildirib ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində bir sıra uğurlar əldə edib və bu, yüksək qiymətləndirilir. Sıx tərəfdaşlıq üçün təşəkkür edən Heyli Sands Rayt Azərbaycanla bu sahədə əməkdaşlığın daha da gücləndiriləcəyinə ümid etdiyini diqqətə çatdırıb.
Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı qanunun qəbul edilməsindən və bu istiqamətdə görülən işlərdən danışan polis general-mayoru Şərif Əsədullayev qeyd edib ki, ölkəmiz bu sahədə ABŞ ilə əməkdaşlığa önəm verir.
Etikxeber.az