Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”nın müzakirəsindən-İMTİNA ETDİ

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Etikxeber.az bildirir ki, Ali Radanın hakim “Xalqın xidmətçisi”nin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

Məlumata görə, fevralın 14-də qeydə alınan qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.

Xatırladaq ki, 2013-cü, 2015-ci və 2019-cu illərdə də Ali Rada qondarma “erməni soyqırımı” haqqında qanun layihəsinin müzakirəsinə cəhd edilib.

Etikxeber.az

Read Previous

Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olundu-İTALİYADA – FOTOLAR

Read Next

Neftçalanın icra başçısı ilə yanaşı rayonun BAŞ HƏKİMİ, TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ VƏ YAP SƏDRİ DƏ SAXLANILIB-DTX YENİ MƏLUMAT YAYDI – VİDEO -YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir