“Ukrayna Rusiyanın aviasiya vasitələrini risk altında saxlamaqda davam edir”-BRİTANİYA KƏŞFİYYATI

Ukrayna hava məkanının böyük hissəsinə nəzarəti özündə saxlayır.

Etikxeber.az məlumat verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Göstərilib ki, Rusiya Ukrayna Hərbi Hava Qüvvələrini, eləcə də Ukraynanın hava hücumundan müdafiəsini effektiv şəkildə məhv edə və ya sıxışdıra bilməyib və bu səbəbdən, Ukrayna Rusiyanın aviasiya vasitələrini risk altında saxlamaqda davam edir.

Bildirilib ki, Rusiyanın hava aktivliyi quru qüvvələrinə dəstək məqsədi ilə ilk növbədə Ukraynanın cənub və şərqinə yönəlib, Rusiyanın Ukraynanın şimalına və qərbinə hava çıxışı isə çox məhduddur.

Məlumatda vurğulanıb ki, Rusiya Ukraynanın hərbi vasitələrini və ölkə daxilində loqistika infrastrukturunu hədəf almağa davam edir.

Sonra “Rusiyanın Mariupoldakı aviazərbələrinin əksəriyyəti, ehtimal ki, idarə olunmayan bombalardan istifadə edilməklə həyata keçirilir. Bu silahlar Rusiyanın zərbələr endirərkən effektiv ayırdetmə qabiliyyətini azaldır və nəticədə mülki əhali arasında itki riskini artırır”-deyə, kəşfiyyatın məlumatında qeyd olunub.

Etikxeber.az

Read Previous

BMT veto hüququndan istifadə qaydasını-DƏYİŞDİ

Read Next

Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verildi-QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir