Ukrayna və Avropanın enerji sistemlərinin birləşdirilməsi-MÜZAKİRƏ EDİLƏCƏK…

Avropa Komissiyasının (AK) sabahkı növbədənkənar iclasında Ukrayna və Avropanın enerji sistemlərinin təcili şəkildə birləşdirilməsi müzakirə olunacaq.

Etikxeber.az-ın UNİAN-a istinadən xəbərinə görə, bu barədə Avropanın enerji komissiarı Kadri Simson məlumat verib.

O, bildirib ki, iclasın gündəliyinə Ukraynanın enerji sisteminin Avropaya birləşdirilməsi və sinxronlaşdırılması salınıb.

Eyni zamanda, iclasda Rusiyaya qarşı sanksiyalar da müzakirə edilə bilər.

Etikxeber.az

Read Previous

Aİ hava məkanını bütünlüklə Rusiya üçün bağladı-İKİ MEDİA ORQANININ FƏALİYYƏTİNƏ QADAĞA QOYDU VƏ BELARUS DA SANKSİYALARDAN KƏNARDA QALMADI

Read Next

“Növbəti 24 saat da Ukrayna üçün həlledici olacaq”-UKRAYNA PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir