“Ukraynadakı münaqişənin illərlə davam edə biləcəyinə hazır olmalıyıq”-NATO-NUN BAŞ KATİBİ

Ukraynadakı münaqişənin həlli illər çəkə bilər.

Etikxeber.az xəbər verir ki,  bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.

 Stoltenberqə münaqişənin mümkün müddəti barədə sual verilib və o, cavabında “Heç kim bilmir. Biz bunun illərlə davam edə biləcəyinə hazır olmalıyıq. Biz Ukraynaya dəstəyi dayandırmamalıyıq”-deyə, bildirib.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson da “The Sunday Times” qəzetindəki şənbə günü məqaləsində Ukraynadakı münaqişənin illərlə uzana biləcəyini istisna etməyib.

Lakin Britaniya hökumətinin başçısının vurğuladığı kimi, buna baxmayaraq, Qərb Kiyevə dəstəyi dayandırmamalıdır.

Etikxeber.az

Read Previous

Birinci Qarabağ Savaşının əfsanəvi qəhrəmanlarından olan Sərdar Əmiraslanovun Şəhidliyinin 30-cu ildönümüdndə adını daşıyan-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, PROBLEMLƏR İÇİNDƏ YAŞAYAN ŞƏHİD BACISI QARDAŞININ RUHUNU ŞAD ETDİ, ANIM MƏRASİMİ KEÇİRDİ – FOTOLAR- YENİLƏNİB – (3)

Read Next

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub-MN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir